Yuxarı

Azərbaycan hədəfə doğru daha bir addım atdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan hədəfə doğru daha bir addım atdı

Xarici ölkələrdən enerji asılılığı olan ölkələr üçün Azərbaycanın yaratdığı imkanlar mükəmməldir. Sərfəli qiymətlərlə keyfiyyətli mavi qazla təmin olunan Avropa ölkələri həm təbii yanacaqdan asılılığını azalda, həm də daha etibarlı bir ölkə ilə bu sahədə əməkdaşlıq edə bilər. Azərbaycan bu sahədə bir çox Avropa ölkəsi üçün ideal tərəfdaşdır.

Bu sözləri Axar.az-a iqtisadçı-alim Vüqar Bayramov Azərbaycan qazının Fransa və İsveçrəyə ixrac edilməsini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan mavi qazının İtaliyadan sonra digər Qərbi Avropa ölkələrinə ixrac edilməsi qitənin enerji təhlükəsizliyi baxımından vacibdir:

"Bu ondan xəbər verir ki, Azərbaycan Avropanın enerji təminatına töhfə vermək potensialındadır. Təbii ki, Avropaya nəql ediləcək qazın miqdarı artdıqca Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi də güclənəcək.

İlk dəfə yanvarın 23-ü və 24-də Fransaya 24 milyon kubmetr, ikinci halda isə yanvarın 30 və 31-də 12 milyon kubmetr təbii qaz nəql edilib. Bu dövrdə İsveçrəyə 4 milyon kubmetrə qədər təbii qaz çatdırılıb.

Fransa və İsveçrəyə ixrac edilən təbii qaz Transadriatik Qaz Boru Kəməri (TAP) ilə İtaliyaya tədarük edilən qaz həcmləridir. Azərbaycanın indiki halda hədəfi TANAP və TAP vasitəsilə Qərbi Avropa və Bolqarıstanın daxili boru kəmərləri ilə Şərqi Avropa ölkələrinə 10 mlrd. kubmetr, ikinci mərhələdə isə 20 mlrd. kubmetr qaz nəql etməkdir. Sonrakı mərhələdə 31 mlrd. kubmetr qaz Avropaya nəql ediləcək. Bu, xüsusən də mavi qaz asılılığını aradan qaldırmaq istəyən ölkələr üçün çox önəmlidir".

Tarix
2021.02.09 / 09:18
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla