Yuxarı

Bakı və İrəvan regional əməkdaşlıq üçün... - “Nyusvik”

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və İrəvan regional əməkdaşlıq üçün... - “Nyusvik”

Amerikanın məşhur “Nyusvik” jurnalında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Vətən müharibəsindən sonra Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsinə həsr olunmuş məqaləsi dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə Cənubi Qafqaz regionunda münasibətlərin normallaşdırılması və iqtisadi inteqrasiya üçün imkanların əldən verilməməsindən bəhs edilir. Səfir Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın 30 il davam edən təcavüzü nəticəsində 1 milyona yaxın məcburi köçkünün öz torpaqlarından didərgin düşməsi və ərazinin ciddi dağıntılara məruz qalmasını xatırladıb.

Səfir müharibənin başa çatmasından sonra Ermənistan və erməni xalqı üçün yeni imkanlar yarandığını, təcavüzün emosional və iqtisadi fəlakətindən qurtarıb azərbaycanlı qonşuları ilə sülh şəraitində yaşamağın mümkünlüyündən bəhs edib. Bir neçə onillikdən sonra Ermənistan və Azərbaycanın yüksək səviyyəli məmurlarının regional əməkdaşlıq üçün nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasını müzakirə etməsinə toxunan E.Süleymanov hazırda demarkasiya işlərinin aparılmasına və məcburi köçkünlərin geri qayıtması istiqamətində səylərin göstərilməsinə diqqət çəkib.

Məqalədə səfir vurğulayıb ki, 1992-ci ildə yüzlərlə azərbaycanlının həyatını itirməsi ilə nəticələnmiş Xocalı qətliamı da daxil olmaqla, keçmişin ağır yaraları hələ də sağalmayıb. Eyni zamanda Azərbaycan gələcəyə baxmağa və sülhün təmin edilməsi üçün lazımi çətin addımları atmağa hazırdır. Azərbaycan Dağlıq Qarabağın erməni əsilli vətəndaşlarının ölkənin sosial və iqtisadi həyatına reinteqrasiyasını təmin etməklə bağlı mövqeyini bildirib.

Səfir müsəlman çoxluğa malik Azərbaycanın tolerantlıq və çoxmillətlilik nümunəsi olmasından bəhs edib, Ermənistan və Azərbaycan arasındakı münaqişəsinə dini don geyindirilməsini qınayıb, bu kimi cəhdlərin barışığa ciddi ziyan vurduğunu qeyd edib.

Azərbaycan və Ermənistan arasında davamlı sülh regionun tam potensialını üzə çıxararaq, Ermənistana qonşuları ilə inteqrasiya etmək imkanları yaradacaqdır ki, bu imkanlar da əldən verilməməlidir.

Tarix
2021.02.23 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-İran sərhədi ilə bağlı yenilik

Ramiz Mehdiyev niyə indi həbs edildi? - İsti şərh

Ramiz Mehdiyev həbs edildi - Təcili

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla