Yuxarı

Prezidentin təltif etdiyi Nağıyev kimdir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təltif etdiyi Nağıyev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Tofiq Murtuza oğlu Nağıyevin “Şərəf” ordeni ilə təltif edilməsilə bağlı sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, Tofiq Nağıyev 1941-ci il 4 mart tarixində Bakıda görkəmli kimyaçi-texnoloq ailəsində dünyaya göz açıb. Atası Murtuza Fətulla oğlu Nağıyev 1952-ci ildən Azərbaycan Milli Akademiyasında işləyib. O, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin fiziki-kimya ixtisasini bitirib.

T.Nağıyev koherent sinxronlaşmış kimyəvi və biokimyəvi reaksiyaların makrokinetik nəzəriyyəsinin müəllifidir. O, kimyəvi interferensiyanın tərifini verib, fəzada və zamanda koherent sinxronlaşmış reaksiyalar üçün determinant tənliyini və koherentlik nisbətini təklif edib. Bu nəzəriyyə birmənalı şəkildə təcrübədə təsdiq olunub. Son illərin elmi tədqiqatları imitasiya katalizi ilə bağlı olub; alkanların və alkenlərin hidroksidləşməsi və epoksidləşməsi üçün yüksək effektivli, oksidləşdirici təsirə və yüksək temperaturlara davamlı olan katalitik bioimitatorlar işlənib hazırlanıb.

T.M.Nağıyevin fundamental elmi nailiyyətləri sırasında onun təklif etdiyi yeni HO'2 – müvafiq kinetik parametrli asılı elementar reaksiyalar mühüm yer tutur. Hidrogen-peroksidlə induksiya olunmuş yeni sərbəst radikallı reaksiyalar – atmosfer azotunun oksidləşdirici fiksasiyası, alkanların və alkenlərin qoşma dehidrogenləşməsi, epoksidləşməsi, hidroksidləşməsi və metanın metanola, folmaldehidə və hidrogentərkibli qaza oksidləşməsi reaksiyaları geniş tanınır. Kimyəvi və bioloji sistemlərdə enerjinin akkumulyasiyası prinsipinin işlənib hazırlanması yönündə əhəmiyyətli işlər görülüb.

Tarix
2021.03.05 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla