Yuxarı

İrəvana qayıdış siyasəti: İnanmayanlar Şuşaya baxsın!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin Axar.az-a müsahibəsi:

- Ötən gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışını necə qiymətləndirirsiniz?

- Həqiqətən çox məhsuldar bir konfrans idi. Xüsusilə konfransa dünyanın tanınmış beyin mərkəzlərinin rəhbərlərinin də dəvət edilməsi təqdirəlayiq hal idi. Ölkə başçısı bu addımla müharibədən sonra davam edən informasiya müharibəsində Ermənistana qarşı daha bir gediş etmiş oldu. Məsələ ondadır ki, konfransa dəvət edilən beyin mərkəzlərinin rəhbərləri ölkə başçısınn ağzından həm 44 günlük müharibə, həm müharibə öncəsi, həm də sonrası haqda kifayət qədər informasiya əldə etdi. Təsəvvür edin ki, bundan sonra həmin beyin mərkəzlərinin rəhbərləri Cənubi Qafqaz, Qarabağ mövzularına daha çox yer verə, Ermənistanın yaratmaq istədiyi reallıqdan uzaq siyasi vəziyyəti öz yazıları ilə iflasa uğrada bilər. Onu da deyim ki, bu addım təkcə bu günə deyil, gələcəyə hesablanıb. Düşünürəm, ölkə başçısının birbaşa çıxış etməsi və prosesi olduğu kimi qonaqlara çatdırması tamamilə yerində oldu.

- Prezident konfransda çıxışı zamanı rəsmi İrəvanın niyyətinin münaqişənin dondurulması olduğunu qeyd etdi...

- Əlbəttə elədir! Ermənistan münaqişənin həllini həqiqətən istəmirdi. Bunun sübutları var. Əraziləri azad etdikdən sonra gördüklərimiz təsdiqləyir ki, münaqişənin həll olunmaması üçün erməni tərəfi hər şey edib. Düşmən bu əraziləri maksimum şəkildə dağıdıb, orda böyük istehkamlar, yeraltı sığınacaqlar qurub. Sülhlə torpaqları qaytarmaq istəyən dövlət işğal etdiyi əraziləri niyə başdan-başa minalasın, istehkamlar qursun ki?

Ermənistan heç bir halda danışıqlar yolu ilə işğal etdiyi torpaqları qaytarmayacaqdı. Ölkə başçısının bu məsələni xüsusi vurğulamasının səbəbi isə məhz erməni lobbisinin müharibədən sonra Avropada yaratmağa çalışdığı “militarist Azərbaycan” obrazını məhv etməkdir.

- Prezident bu çıxışında cəmiyyətə xüsusi bir mesaj da verdi - Zəngəzur, Göyçə, İrəvana qayıtmaqla bağlı. Bu mesajların xarici dildə və nüfuzlu beynəlxalq beyin mərkəzi nümayəndərlərinin önündə verilməsi diqqət çəkdi…

- Bəli, o ərazilər bizim tarixi torpaqlarımızdır. Prezidentin vurğuladığı kimi, biz ora top, tüfənglə qayıtmayacağıq, lakin mütləq qayıdacağıq. Unutmayaq ki, cənab Prezident Qarabağ mesajını da verəndə çoxları inanmırdı. Lakin bu gün Şuşada Azərbaycan bayrağı dalğalanır.

Tarix
2021.04.14 / 15:05
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla