Yuxarı

Bu, Azərbaycan və Türkiyəyə müharibə elanı olar - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın təxribatçı addımları bölgədə müharibə riskini artırır.

Axar.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

"Ermənistan Baş naziri Nikol Paşinyan seçkilərdə qalib gələrsə, verdiyi vədlərə əməl etməsə, Rusiya ilə birlikdə həm Türkiyə, həm də biz onlara təzyiq edəcəyik və bölgədə müharibə riski artacaq. Çünki bizim başqa tələblərimiz də var. Qarabağda hələ də əlisilahlı separatçılar var. Onlar tərk-silah olmalıdırlar. Həmçinin Laçın koridoru da bizim nəzarətimizdə olmalıdır. Kimlərsə oradan rahat keçməməlidir. Amma ermənilər təxribatlarını yenə də davam etdirirlər. Onlar anlamalıdırlar ki, bu addımlar bölgədə müharibə riskini artırır. Müharibə olmasa da, biz antiterror əməliyyatları ilə bu problemləri həll edə bilərik. Hesab edirəm ki, Ermənistan addım atmasa da, bölgədə antiterror əməliyyatları olacaq. Çünki dövlət başçısı qeyd etdi ki, biz Xankəndiyə, Xocalıya qayıtmalıyıq. Yaxşı olar ki, bunlar danışıqlar yolu ilə həll olunsun", - o bildirib.

Politoloq qeyd edib ki, ermənilər Zəngəzur üzərindən açılması planlaşdırılan dəmir yolu ilə bağlı hansısa təhlükə yaradarsa, bu, müharibə elanı olar:

"Əgər Zəngəzur üzərindən dəmir yolu açılsa, Ermənistan artıq geri addım ata bilməyəcək. Dəmir yolu açıldıqdan sonra bizə qarşı təxribat olarsa, bu, daha böyük fəlakətlərə səbəb ola bilər. Çünki dəmir yolu anında qapanacaq və müharibə başlayacaq. Dəmir yolu fəaliyyət göstərdikdən sonra qatarlara hansısa təhlükə yaransa, bu, Türkiyə və Azərbaycana qarşı müharibə elanı demək olacaq".

Tarix
2021.04.17 / 15:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla