Yuxarı

“Metsamor” Çernobıldan daha dəhşətli olacaq - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Metsamor” Çernobıldan daha dəhşətli olacaq - Video

08:30

1986-cı il 26 aprel tarixində Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda baş vermiş fəlakət bu gün də unudulmur. Bu qəzadan bir çox dövlətlər lazımi nəticə çıxarsa da, Ermənistan hələ də həm özünü, həm də digər region ölkələrini təhlükə altında saxlamaqdadır. Məsələ ondadır ki, bu ölkədə fəaliyyət göstərən Metsamor AES hazırda regionu ikinci bir Çernobıl fəlakəti ilə üz-üzə qoyur.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, region ölkələri Metsamor AES-lə bağlı Ermənistana ciddi təzyiq etməlidir:

“Metsamor AES hazırda partlamağa hazır, lakin vaxtı bilinməyən bir nüvə bombası kimi bir şeydir. Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışın nələrə səbəb olduğunu yaxşı bilirik. Vaxtilə SSRİ bu problemi düzgün qiymətləndirsə idi, bəlkə də belə bir hadisə baş verməzdi. Eynilə bu gün bütün region ölkələri böyründəki potensial fəlakətin qarşısını almalıdır. Ermənistan həm region, həm də özü üçün potensial təhlükə olan Metsamor AES-i bağlamalıdır.

Bu AES-in əksər qurğuları SSRİ dövründən qalmadır və istismar müddəti çoxdan başa çatıb. Bu gün rəsmi İrəvan Metsamor AES-in probemlərini bilə-bilə digər ölkələrdən gizlədir. Bu isə öz növbəsində regionumuzu hər an yeni bir Çernobıl faciəsi ilə üz-üzə qoyur. Düşünün, bu gün Metsamor AES-də baş verəcək Çernobıl bənzəri bir fəlakət Ermənistanı Yer üzündən silə, Gürcüstan, Türkiyə, Azərbaycan ərazisindən başqa, atmosferinə də ciddi ziyan vura bilər. Metsamor AES ciddi eko-siyasi problemdir və ən qısa müddət ərzində həll edilməlidir”.

Tarix
2021.04.27 / 10:12
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İrəvanla Bakı arasında münasibətlərin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla