Yuxarı

11 ölkədən İrəvana qarşı bəyanat: Nasist hərəkatı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
11 ölkədən İrəvana qarşı bəyanat: Nasist hərəkatı...

On bir ölkənin ATƏT yanında daimi nümayəndəlikləri II Dünya Müharibəsi ilə əlaqədar tarixi həqiqəti müdafiə etmək və qorumaqla bağlı çağırış ediblər.

Axar.az xəbər verir ki, bu barədə daimi nümayəndələrin Böyük Vətən müharibəsində Qələbənin 76 illiyi münasibəti ilə qəbul etdiyi birgə bəyanatda deyilir.

Bəyanat Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri tərəfindən qəbul edilib.

“Müqəddəs borcumuz, xalqlarımızın yaddaşında və arxiv sənədlərində saxlanılan həmin hadisələr haqqında tarixi həqiqəti qorumaq və qətiyyətlə müdafiə etməkdir. II Dünya Müharibəsi tarixinin, onun səbəblərini və nəticələrini saxtalaşdırmaq, nasizmə qarşı mübarizə aparanların və qurbanlarının xatirəsini təhqir etmək müasir beynəlxalq münasibətlərin təməllərinin manipulyasiyasına və pozulmasına kömək edir.

Bu baxımdan nasist hərəkatının istənilən formada, xüsusən də "SS" zabitlərinin və onların tərəfdarlarının qəhrəmanlaşdırılması, faşist keçmişini tərifləmək üçün abidələrin ucaldılması və kütləvi nümayişlərin keçirilməsi, nasist hərəkatı və neo-nasizmin təbliğ edilməsi, anti-Hitler koalisiyasına qarşı mübarizə aparan, nasist hərəkatı ilə əməkdaşlıq edən, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətmiş, habelə qəhrəmanlaşdırılması üçün küçələrə onların adlarının verilməsi qəbuledilməzdir”, - bəyanatda bildirilib.

Tarix
2021.05.08 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla