Yuxarı

Lavrovu İrəvana aparan iki vacib səbəb - Korotçenko

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovu İrəvana aparan iki vacib səbəb - Korotçenko

16:53

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana səfəri bu gün daha aktual olan üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin sürətləndirilməsi ilə bağlı idi. Bu, ilk növbədə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində özündən sonra saxladığı minalanmış ərazilərin xəritələrinin Bakıya ötürülməsi, eyni zamanda regionda nəqliyyat kommunikasiyalarının açılması layihəsinin reallaşdırılmasıdır.

Bu barədə Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Görünür, burada söhbət Zəngəzur nəqliyyat dəhlizindən gedib. Lavrov İrəvanda məhz bu iki əsas məsələ ilə bağlı danışıqlar aparıb. Onun Bakıya səfərinə gəldikdə isə, burada müzakirələr daha geniş kontekstdə aparılıb. Bakıda Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı, dostluq əlaqələrinin inkişafı vurğulanıb. Təbii ki, Azərbaycanda olarkən Lavrov İrəvanda müzakirə olunan problemlərdən də söhbət açıb. Lavrovun Bakıda dediklərindən o qənaətə gəlmək olar ki, Ermənistan tərəfində bu məsələlərlə bağlı müəyyən irəliləyişlər ola bilər. Amma söhbət Ermənistandan gedəndə biz əməli nəticələr gözləməliyik. Ümumiyyətlə Ermənistan tərəfinin müsbət atdımlarını orada baş tutacaq növbədənkənar parlament seçkilərindən sonra müşahidə edə bilərik”, - deyə müsahibimiz qeyd edib.

Rusiyalı ekspert Qarabaın rus sülhməramlılarının nəzarətində olan ərazidə Qaregin Njde abidəsinin hələ də götürülməməsinə də toxunub:

“Rusiya nasizmin və onların davamçılarının qəhrəmanlaşmasının yolverilməzliyi ilə bağlı sərt mövqe tutmalıdır. Bu aspektdə Kremlin reaksiyası daha dəqiq və birmənalı olmalıdır. Üstəlik, Rusiya sülhməramlılarının məsuliyyət zonasında Hitler davamçısına heç bir abidə qala bilməz. Hər halda, ekspert ictimaiyyəti və Rusiya siyasətçiləri Ermənistanın timsalında gördüyümüz nasizmin və onların əlaltılarının qəhrəmanlaşdırılması praktikasını sərt şəkildə pisləyir. Bu aspektdə həmin mövqenin Rusiya Federasiyasının rəsmi hakimiyyəti tərəfindən səsləndirilməsi zəruridir. Özü də sərt və güzəştsiz şəkildə. Bu işdə Ermənistan ilə yavaş tonla danışmaq olmaz”.

Tarix
2021.05.12 / 22:28
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Bu ölkələrin vətəndaşları Azərbaycana 3 dəfə vizasız gələ biləcək

Qaradağlı faciəsindən 34 il ötür

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

Bakı ilə Tiflis arasında məsləhətləşmələr aparıldı

Mirzəyev etimadnaməsini İƏT baş katibinə təqdim etdi

İlham Əliyevin Serbiya səfərindən - Video

Vüqar Qurbanovun 300 minlik avtomobili: Nömrəsi... - Foto

Vahidə Rzayeva bu vəzifəyə təyin olundu

Prezidentin Serbiya səfəri: Yeni səhifə açılır

Prezidentin Serbiyaya səfəri: əlaqələr daha da gücləndirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla