Yuxarı

Dərələyəzin işğalından 101 il ötdü: necə qaytaraq?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun Axar.az-a müsahibəsi:

- 10 avqust 1920-ci il tarixində Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarır. Sonrakı mərhələdə Qarabağ və Zəngəzur Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunur. Həmin ilin noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan Zəngəzurun Ermənistana verilməsi haqqında qərar qəbul edilir. Bütün bu hadisələri tarixçi kimi necə dəyərləndirirsiniz?

- Çar Rusiyası dönəmində bir etnosiyasi proyektin tərkib hissəsi kimi ermənilərin torpaqlarımıza yerləşdirilməsi başlandı, sonra onların muxtariyyət və dövlət məsələsi ortaya çıxdı. Nəticədə Azərbaycan torpaqlarında Ermənistan dövləti quruldu. Çar Rusiyası dönəmində başlayan siyasət SSRİ dövründə də davam etdi. SSRİ dövründə prosesin kuliminasiya nöqtəsi Zəngəzurun Ermənistana verilməsi oldu. SSRİ vahid bir dövlət hesab edildiyi üçün sözügedən illərdə ərazilərimiz əlimizdən zorla alındı və Ermənistan SSR-ə hədiyyə edildi. 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində müstəqilliyimizi itirdikdən sonra bütün bu proseslərin həyata keçirilməsi davam etdirilib. Zəngəzur dəhlizinin əsas hissəsini təşkil edən Mehri rayonu mərhələli və planlı şəkildə genişləndirilərək Azərbaycandan alınaraq Ermənistana verilib. Daha sonrakı mərhələdə isə Naxçıvan və Zəngilana aid olan ərazilərimizin bir qismi də heç bir hüquqi zəmin olmadan ölkəmizdən alınıb Ermənistana verilib.

- Sizcə, Zəngəzurun və digər torpaqlarımızın Azərbaycandan qoparılaraq zorla Ermənistana verilməsində geosiyasi məqsəd nə idi?

- Qısa şəkildə sualınıza cavab olaraq deyə bilərəm ki, burda əsas məqsəd Azərbaycanla Türkiyə, Türkiyə ilə Qafqaz və Türküstan arasında quru yolla əlaqələrin kəsilməsi və Azərbaycan dövlətçiliyinin və türk varlığının məhv edilməsi siyasətinin gerçəkləşdirilməsi olub.

- Bəs bu gün Ermənistan dövləti və cəmiyyəti SSRİ xəritələri əsasında delimitasiya və demarkasiyanın aparılmasına niyə qarşı çıxır?

- Çünki yaxşı bilirlər ki, hətta bu xəritələrə görə onlar Azərbaycandan heç bir hüquqi əsası olmadan qoparılan torpaqlarımızı geri qaytarmalıdırlar. 1960-cı illərdə də torpaqlarımız bizdən alınaraq Ermənistana hədiyyə verilib. Yəni bu torpaqlar SSRİ xəritələrinə görə Azərbaycan SSR-in tərkib hissəsi olub və onları Ermənistan geri qaytarmalıdır. Digər tərəfdən hazırki hüquqi, siyasi reallıqlar əsasında sülh sazişinin əldə olunmasından söhbət gedirsə, ilk növbədə Ermənistan Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri çərçivəsində tanımalıdır. Bundan sonra delimitasiya və demarkasiya prosesi başlamalıdır. Proses əgər SSRİ xəritələrinə görə həyata keçirilsə, mütləq şəkildə ölkəmizdən zorla alınıb Ermənistana verilən torpaqlar geri qaytarılmalıdır. Məsələn, Kərki, Nüvədi kəndi və Tovuz, Qazax rayonları istiqamətində bizdən alınan torpaqlar Azərbaycana verilməlidir. Belə olduğu halda ədalətli sülhdən danışmaq mümkündür.

- Azərbaycan hazırki geosiyasi şəraitdə Zəngəzura və digər torpaqlarımıza iddia edə bilərmi? Bunu real hesab edirsinizmi?

- Ümumən götürəndə bizdən qoparılmış və Ermənistana verilmiş tarixi torpaqlarımıza iddia edə bilərik. Artıq SSRİ yoxdur, müstəqil dövlətik. Hazırkı şəraitdə bütövlük prinsipi içərisində bizim razılığımız və heç bir hüquqi əsas olmadan əlimizdən zorla alınan, Ermənistana hədiyyə edilən ərazilərin Azərbaycana qaytarılmasını tələb edə bilərik. Yəni 1920-ci il Sovet işğalına qədərki sərhədlərimiz əsas götürülməli, Azərbaycan əsl sərhədlərinə qayıtmalıdır. Həmin dövrə qədərki sənədlərə əsasən Zəngəzur və digər Qərbi Azərbaycan torpaqları Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olub. Bunu əsas götürərək biz bütün aspektlər baxımından sözügedən ərazilərə iddia edə bilərik. Ordakı tarixi və mədəni irs ümumtürk və Azərbaycan tarixinin önəmli bir parçasıdır. Tarixin fərqli dövrlərində o ərazilərdə bizim yüzlərlə kəndimiz yandırılıb, əhali isə zorla köçürülüb və ya yurd-yuvalarından silah gücünə qovulub. Əgər biz böyük sülh sazişindən danışırıqsa və Ermənistan Qarabağda ermənilərin yaşamasını necə istəyirsə, qarşılığında bizim soydaşlarımız da öz dədə-baba yurdlarında rahat bir şəkildə yaşamaq haqqına sahib olmalıdırlar. Əks təqdirdə ədalətli sülh sazişindən bəhs etmək mümkün deyil. Yəni bizim soydaşlarımız da ən azından Zəngəzura, Göyçə mahalına və digər yurd yerlərimizə qayıtmalıdırlar.

Tarix
2021.08.11 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla