Yuxarı

Hamı bir şüarla yaşayırdı: öldü var, döndü yoxdur! - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu qovacağıq və belə də oldu.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyir.

Dövlət başçısı bildirib ki, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, biz düşməni torpaqlarımızdan qovduq:

“Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz daim müzəffər xalq, qalib dövlət kimi yaşayacağıq.

Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç nə və heç kim bizi dayandıra bilməz. Biz müqəddəs savaşa çıxmışdıq. Müharibə dövründə hamı bir şüarla yaşayırdı: öldü var, döndü yoxdur.

Biz hər gün qələbə qazanırdıq, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri addım ataq. Baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət istehkam qurulmuşdu. 44 günlük müharibə zamanı Azərbaycan ordusunda bir dənə də olsun fərarilik olmayıb. Biz əsgər, zabitlərimizlə fəxr edirik, onların qəhrəmanlıqları unudulmayacaq”.

Tarix
2021.09.27 / 10:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla