Yuxarı

Bu söz Ermənistanda niyə qıcıq doğurur?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəhliz mövzusuna qeyri-peşəkar, qeyri-ciddi, bəzən isə zərərli yanaşmaların qarşısını almaq məqsədilə belə bir arayış təqdim edək. Əvvəlcə aydınlaşdıraq: dəhliz və ya koridor ümumiyyətlə nədir?!

Dəhliz - bir neçə ölkənin ərazisindən keçən, avtomobil, dəmir yolu, hava yolu, dəniz marşrutuna deyilir. Belə dəhlizlər Azərbaycan və Ermənistan ərazilərindən də keçir. Məsələn, Ermənistan ərazisindən İran-Ermənistan-Gürcüstanı birləşdirən Şimal-Cənub dəhlizi keçdiyi kimi, Azərbaycan ərazisindən də Şimal-Cənub dəhlizi keçir ki, o da İran-Azərbaycan-Rusiya Federasiyası və Skandinaviyanı birləşdirir. Azərbaycandan həm də Transxəzər, Şimal-Şərq, Cənub-Qərb dəhlizləri keçir. Ermənistan-Azərbaycan-Rusiya Federasiyası-İran İslam Respublikası və bir sıra başqa ölkələri bir-birinə avtomobil və dəmir yolu ilə bağlayan dəhlizi - biz yerin adı ilə “Zəngəzur dəhlizi” adlandırırıq. Amma bununla yanaşı, nəqliyat dəhlizi heç bir halda və o cümlədən indicə qeyd etdiyimiz hallarda ərazisindən keçdiyi ölkələrin suverenliyinə toxunmur, ərazi bütövlüyünü pozmur. Dəhliz mahiyyət etibarilə qarşılıqlı razılaşdırılmış nəqliyyat və tarif siyasəti həyata keçirmək məqsədilə zəruri şərtlərin hazırlanmasını, sərhədlərdən keçid üçün əlverişli şəraitin yaradılmasını, yüklərin ünvana tez çatdırılmasını və ərazilərindən keçən ölkələrdə təhlükəsizliyə təminatı nəzərdə tutur. Ona görə də Zəngəzur dəhlizi ətrafında Ermənistanda yaradılan və danışıqlar prosesinə mane olan ifrat ajiotaj azı başa düşülən deyil.

“Gün gələcək ki, biz Azərbaycandan çıxıb Türkiyəyə yola düşəcəyik!”- bəyanatı da, ermənilərin Teleqram kanalları daxil olmaqla Ermənistan kütləvi informasiya vasitələrində narahatlıq və qıcıq doğurur. Amma əlbəttə ki, nahaq yerə. Çünki bu fakt regionda kommunikasya xətlərinin açılması nəticəsində ortaya çıxan mümkün variantlardan biridir. Ermənistanın Baş nazirinin elan etdiyi kimi: Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsilə Ermənistan Rusiya ilə həm avtomobil, həm də dəmir yolu, İranla isə dəmir yolu əlaqəsinə malik olacaq. Amma göründüyü kimi bu fakt Azərbaycanda nə narahatlığa, nə də qıcığa səbəb olur.

Bəzən Zəngəzur dəhlizini Laçın dəhlizi mövzusu ilə müqayisə edirlər. Bildiririk ki, Laçın dəhlizi nümunə gətirilə bilməz. Çünki Rusiya Federasiyasının ərazilərimizdə müvəqqəti yerləşən sülhməramlı qüvvələri tərəfindən qorunan bu dəhliz Azərbaycanın Qarabağ regionu ilə Ermənistan arasında rabitə yaradır, vəssalam.

Yaranmış yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikasına birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq. Dəhliz Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələrini gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək. Bu coğrafiyadan keçəcək dəmir və avtomobil yolları təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq.

Tarix
2021.10.31 / 23:00
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla