Yuxarı

Rusiyanın Mariupolla bağlı planı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynanın Xerson bölgəsi və özəlliklə Mariupol şəhəri ilə bağlı planları göstərir ki, müharibə hələ uzun müddət davam edəcək.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

O bildirib ki, Donbas separatçılarının liderlərindən Denis Puşilin Mariupoldakı “Azovstal” zavodunu sökəcəklərini bildirib:

“Puşilin şəhərdəki digər müəssisələrin isə bərpa ediləcəyini, dağıdılan binaların yerində yenilərinin tikiləcəyini deyib. Puşilin Mariupolun bütövlüklə bərpa ediləcəyini vəd edib. Rusiya necə ki, vaxtilə Çeçenistanın şəhər və qəsəbələrini viran etdikdən sonra bərpasını təmin etdi, indi eyni üsulla Ukraynada hərəkət etmək istəyir. Halbuki Çeçenistandan fərqli olaraq, Xerson və Donbas Rusiya ərazisi deyil. Ancaq bu, Kremli narahat etmir. Kreml işğal altındakı bölgələri Rusiyaya birləşdirdikdən sonra bərpa işlərinə başlayacaq.

Puşilin Kremlin təlimatıyla açıqlama verib. Bu o deməkdir ki, birinci mərhələdə Mariupolu Donbas separatçıları idarə edəcəklər, sonrakı mərhələdə isə işğal altındakı ərazilərin Rusiyaya birləşdirilməsi baş verəcək. Belə olan halda Kremllə Kiyev arasında danışıqlarda nəticə əldə etmək mümkün olmayacaq”.

Politoloq Rusiya rəsmilərinin Mariupolda əsir götürdükləri “Azov” batalyonunun döyüşçülərini Ukraynaya təhvil verməyəcəkləri haqda açıqlamasına da münasibət bildirib:

“Kremlin “Azov” döyüşçülərini öz əsirləri ilə dəyişdirmək istəməməsinin səbəbi bəllidir. “Azov” müharibənin ilk günündən qəhrəmancasına savaşdı, Rusiyanın işğalçı ordusunun Ukraynanın içərilərinə doğru irəliləyişini ləngitdi. Ancaq müqavimətin də limiti var, aylarla mühasirə şəraitində aparılan döyüşlər ərzaq və sursat qıtlığına səbəb oldu, digər tərəfdən, yaralıların çoxluğu alayın döyüşçülərinin təslim olmasına məcburiyyət yaratdı. Onları heç kim qınamır, əksinə, əsl qəhrəmanlıq dastanı yaratdılar. Kreml bilir ki, “Azov” batalyonunun döyüşçülərini Ukraynaya təslim etsə, onlar ölkələrində qəhrəman kimi qarşılanacaq və yenidən döyüşə atılacaqlar. Ancaq Rusiya “Azov” döyüşçülərini təhvil vermək istəməsə, Kiyev də əlindəki rusiyalı hərbçiləri Rusiyaya təhvil verməyəcək. Bu onu göstərir ki, rusiyalı hərbi əsirlərin taleyi Kremli düşündürmür”.

Tarix
2022.05.18 / 22:42
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla