Yuxarı

Bu kəndə erməniləri yerləşdirək – Fazil Mustafa

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu kəndə erməniləri yerləşdirək – Fazil Mustafa

Erməni əsilli keçmiş Azərbaycan vətəndaşları yenidən vətəndaşlığımızı qəbul üçün müraciət edirlər. Buna adi bir müraciət kimi baxmaq lazım deyil. "Hiyləgərlik edirlər", "inanmaq olmaz" kimi ifadələrin də yeri deyil. Sadəlövh olmayaq, abdəst alıb müsəlman olacaq erməni axtarışında deyilik.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib.

O bildirib ki, bizim hədəfimiz Azərbaycan vətəndaşlığını qəbul edən, onun qanunlarına tabe olan ermənilərin Qarabağda yaşamasına təminat verməkdir:

“Belədirsə, siyasi cəhətdən ağıllı davranmağa məhkumuq, belə bir tendensiyanın inkişafına imkan yaratmalıyıq. Fikrimcə, ilkin mərhələdə Qarabağın bizim nəzarətimiz altında olan erməni kəndlərinin birində Azərbaycan vətəndaşlığını qəbul edən erməniləri yerləşdirib, onlarla bağlı dünyaya təbliğatı çatdırmalıyıq. Bir erməni kəndi obrazı yaratmaq və birgəyaşayış modelini təqdim və təbliğ etmək! Yəni görürsünüzmü, vətəndaşlığımızı qəbul edən ermənilərlə hər hansı problemimiz yoxdur. Normal Azərbaycan vətəndaşı kimi yaşaya bilirlər. Təbii ki, hərtərəfli nəzarət mexanizmini düşünərək. İndilik ikidirlər, stimullaşdırsaq, sayları arta bilər. Buradan da Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər və terrorçu, yaxud da separatçı ermənilər ayrımını diplomatiyada daha sıx-sıx istifadə etməmiz mümkündür. Həm də təkcə diplomatiyada deyil”.

Tarix
2022.08.08 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla