Yuxarı

Kanadadan Azərbaycanla bağlı bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik.

Axar.az xəbər verir ki, bu, Kanada xarici işlər nazirinin ölkənin Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı bəyanatında yer alıb.

“Bu gün Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun mühüm hissəsini təşkil edən fəal Azərbaycan icması da daxil olmaqla, insanlar arasında xoş əlaqələrə əsaslanan münasibətlərin, Azərbaycan ilə diplomatik münasibətlərimizin 30-cu ildönümü tamam olur.

Ölkələrimiz otuz il ərzində beynəlxalq arenada ümumi dəyərləri daha da möhkəmləndirmək üçün güclü işgüzar əlaqələr inkişaf etdiriblər. Biz həm Ukraynaya humanitar yardım göstərməyə kömək edirik, həm də Əfqanıstanda birlikdə işləmişik və bu, ehtiyacı olanlara kömək etmək üçün qarşılıqlı öhdəliyimizə sübutdur. Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi forumlarda qlobal miqyasda qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitə nəzarətin təşviqində, eləcə də Qafqaz regionunda qaydalara əsaslanan beynəlxalq nizamın və demokratiyanın möhkəmləndirilməsində əməkdaşlıq etmişik.

Biz bu mühüm günü qeyd edərkən Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. Biz gələcək illərdə bu mühüm dostluğu möhkəmləndirərək daha dərin əlaqələr yaratmağı səbirsizliklə gözləyirik”, - bəyanatda qeyd edilib.

“Azərbaycanla multikulturalizmə birgə sadiqliyimiz güclü olaraq qalır”, - bunu isə Kanada xarici işlər nazirinin Parlament üzrə katibi Rob Olifant Tvitter hesabında yazıb.

“Bu gün Kanadanın və Azərbaycanın diplomatik əlaqələrinin 30-cu ildönümüdür. Bizim multikulturalizm və müxtəlifliyə birgə sadiqliyimiz güclü olaraq qalır. İnkişaflı və genişlənən Azərbaycan-Kanada icması ölkələrimizə böyük töhfələr verməkdə davam edir”, - Kanadanın Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb.

Tarix
2022.08.10 / 23:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla