Yuxarı

XİN rəhbəri: İrəvan prosesə maneçilik törədir!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN rəhbəri: İrəvan prosesə maneçilik törədir!

Ermənistan normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törədir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon ilə görüşündə deyib.

Görüş zamanı Azərbaycanla Fransa arasında ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanla Ermənistan arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub.

Nazir Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar barədə ətraflı məlumat verib. Nazir Ermənistanın liderlər səviyyəsində əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirmədiyini bildirib. C.Bayramov bölgədə sabitliyin təmin olunması, Ermənistan ilə kommunikasiyaların açılması, delimitasiya prosesi və sülh sazişinin imzalanması barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Fransa tərəfi bölgədə vəziyyətin sabitləşməsinin, atəşkəsə əməl edərək, normallaşma prosesinin və danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb. Fransa tərəfinin qeyd edilən prosesdə dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Tarix
2022.09.29 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla