Yuxarı

Bakı haqlı çıxdı: İran layihəni reallaşdırır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyədək Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə İran qarşı çıxırdı.

Bu sözləri Axar.az-a son vaxtlar daha da aktuallaşan Şimal-Cənub dəhlizi layihəsinin reallaşdırılması məsələsi haqqında danışan siyahı şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi əvvəl İran və Fransanın bu dəhlizi Ermənistandan keçirmək niyyətində olduğunu bildirib:

“Əvvəl İranın Qəzvin şəhərindən, indi isə Rəştdən Bəndərabada kimi dəmir yolu xətti gəlir. Bəndərabaddan Astaraya kimi 150-200 km-lik məsafə qalmışdı. On ildən artıqdır ki, Azərbaycan həmin məsafədə dəmir yolunun tikintisini İrana təklif edir. Bu, ölkəmizə həm Fars körfəzinə çıxış imkanı baxımından sərfəlidir. Hazırda Bəndərabada kimi dəmir yolu ilə gələn mallar orada boşaldılır və sonra yük maşınları ilə daşınır. İran isə dövlətimizin verdiyi təklifi maddi imkansızlıq və s. bəhanələr ilə geri çevirdi. Azərbaycan İrana yolun tikintisi üçün faizsiz və uzunmüddətli kredit təklif etdi.

Qeyd edim ki, Gürcüstan ilə bağlı da eyni problem yaranmışdı və Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsinin tikintisini öz üzərinə götürdü. Dövlətimiz həm Şimal-Cənub, həm də Şərq istiqamətində ticarət yolu qazanmaq üçün bu addımı atdı. Lakin İran Fransa ilə birlikdə Ermənistandan avtomobil və dəmir yolu çəkərək, həm Qara dənizə, həm də Rusiyaya çıxış əldə etmək niyyətində idi. Yəni İran və Fransanın planına görə, Şimal-Cənub dəhlizi Ermənistandan keçməli idi. Ancaq yəqin ki, maddi problemlər, vaxt azlığı və Rusiyanın Qərblə münasibətlərinin daha da gərginləşməsi İranı bu məsələdə Azərbaycanla dil tapmağa vadar edir”.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan bütün tərəflərlə qarşılıqlı mənfəət prinsipi əsasında əməkdaşlıq edir:

“Çindən Avropaya kimi uzanan Orta Dəhlizin (Şərq-Qərb) çəkilməsi məsələsi gündəmə gələndə də Azərbaycan ciddi təzyiqlərlə üzləşdi.

ABŞ-ın bir sıra beyin və sərmayə mərkəzləri Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çəkilişini səmərəsiz hesab edirdilər. Digər bir səbəb isə Ermənistanın növbəti dəfə beynəlxalq infrastruktur layihəsindən kənarda qalması idi. Gürcüstan da təzyiq və maddi çətinliklərlə üzləşdi, ona görə də bəhs etdiyimiz dəmir yolu xəttinin çəkilməsi vaxtından gec başa çatdı. Ukrayna müharibəsinin başlamasından sonra Çinin Rusiyadan Avropaya uzanan Şimal dəhlizinin bağlanması, Cənub dəhlizinin isə lazımi böyüklükdə olmaması Azərbaycanın doğru addım atdığını göstərdi. Hazırda Bakı-Tiflis-Qars dəmir yolu xəttinin yükü üç dəfədən çox artıb. Zəngəzur dəhlizi də indi çəkilməsi nəzərdə tutulan Şimal-Cənub dəhlizi ilə eyni istiqamətdədir. Bu iki dəhliz Azərbaycana alternativlər yaradır.

Bütün bu yolların gələcək perspektivi Ukrayna müharibəsinin nəticəsindən də asılı olacaq. Yəni Cənub-Şimal dəhlizi Rusiya ilə AB arasında sərhədlər açılmasa, böyük strateji əhəmiyyətə malik olmayacaq və sadəcə Rusiya-İran və Rusiya-Hindistan arasında bir yol olacaq. Ancaq əgər Rusiya müharibəni qazansa, yaxud AB ilə münasibət yumşalsa, çəkiləcək Şimal-Cənub dəhlizi Şərq-Qərb dəhlizinə rəqib ola bilər. Ona görə, Azərbaycan indidən alternativlər üzərində fikirləşməlidir. Çünki Qərbin Ukraynanı müharibədə nə qədər dəstəkləyəcəyi strateji şəkildə bizə tam bəlli deyil”.

Qeyd edək ki, Şimal-Cənub dəhlizi Rusiyanın Sankt-Peterburq vilayətindən Hindistanın Mumbay limanınadək 7.2 min kilometr məsafəni əhatə edir. Dəhliz Süveyş kanalı vasitəsilə Avropa, Fars körfəzi ölkələri və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir. İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi isə “Ria Novosti”yə verdiyi son müsahibədə ölkəsinin 2025-ci ilədək layihəni tamamilə reallaşdırmaq niyyətində olduğunu vurğulayıb.

Tarix
2023.03.24 / 13:59
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Erməni polisləri arasında azərbaycanlılar var?

Türkiyədən yeni siyasi xətt: Bu təşkilatı gücləndirəcək

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Zakir Həsənov Çin ordusunun generalı ilə görüşdü - Video

Qərbdən Nikola dəstək: Batya Bakıya nələr “verib“?

Nikolun imzası yox, erməni xalqının iradəsi vacibdir

Türkiyə ilə birgə Azərbaycan da bu quruma qoşulur?

Ermənistan İrana görə Naxçıvana atəş açır?

ABŞ niyə indi Zəngəzurun açılmasını tələb edir?

Şahramanyan ifşa etdi: Qarabağdakı “ordu” kimə tabe idi?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla