Yuxarı

Bizim brifinqimiz bununla əlaqədardır – Hacızadə

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizim brifinqimiz bununla əlaqədardır – Hacızadə

Bizim brifinqimiz Azərbaycanın antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin ifşa edilməsi ilə əlaqədardır. Qeyd edim ki, Azərbaycan özünün suverenliyini bərpa edib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə brifinqində XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, Ermənistan Azərbaycan ərazilərinə dövlətlərarası razılaşma olmadan qeyri-qanuni silah daşımalarını həyata keçirib:

“Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi qurana qədər Ermənistan təkcə silah tədarükünü həyata keçirmirdi. Ermənistan, eyni zamanda, Azərbaycan ərazilərində minalar basdırırdı. Biz beynəlxalq ictimaiyyətə üzləşdiyimiz çağırış barədə mövqeyimizi çatdırmışdıq”, - deyə Ayxan Hacızadə bildirib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın antiterror tədbirlərindən sonra Ermənistanın 2021-ci ildə istehsal olunmuş sursatları Qarabağda tapılıb.

Qeyd edək ki, brifinq Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün nəzərdə tutulub.

Tarix
2023.11.20 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla