Yuxarı

Bu gün ABŞ və Britaniya Əliyevin mövqeyini təkrarladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün ABŞ və Britaniya Əliyevin mövqeyini təkrarladı

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə deyib ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında birbaşa müzakirələrə başlanılmasının tərəfdarıdır. Amerikalı diplomat uzunmüddətli razılaşmanın əldə edilməsi üçün iki ölkənin üzbəüz danışıqlar aparmasının vacib olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Cənubi Qafqaza, o cümlədən Ermənistana və Azərbaycana səfəri davam edən Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti də eyni sözləri söyləyib:

“Dokerti deyib ki, sülh və sabitliyin uzunmüddətli nizamlanmasına nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac var. Vaşinqtonun və Londonun birbaşa danışıqlarla bağlı mövqeyi rəsmi Bakının mövqeyi ilə üst-üstə düşür. Prezident İlham Əliyev də Ermənistanla birbaşa danışıqlar ideyasını dəstəkləyir. Həqiqətən uzaq Vaşinqtona, Brüsselə və ya Moskvaya gedib bu ölkələrin vasitəçiliyi ilə danışıqlar aparmaqansa, Gürcüstanın paytaxtı Tiflisdə müzakirələrin başlanılması hamı üçün faydalı olar. Azərbaycan və Ermənistan hər tərəfdən 5 və ya 10 nəfərin iştirakı ilə mütəxəssislərdən formalaşan birgə qrup yaratmalı və bu qrup Tiflisdə daimi əsasda müzakirələrə başlamalıdır. Əks halda Bakı İrəvana təkliflərini göndərədək, aylar sonra onlar cavab göndərəcək və bu proses yenidən təkrarlanacaq, nəticə də olmayacaq. Daimi komissiya sülh sazişi, sərhədlərin müəyyənləşdirilməsi və dəhliz mövzusunda müzakirələr aparmalı, yekun sənədi iki ölkənin liderinə təqdim etməlidirlər”.

Qeyd edək ki, bu gün Azərbaycan XİN hətta sərhəddə də görüşün mümkünlüyünə işarə edib.

Tarix
2023.11.21 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video

Vahid Ələkbərovun sərvəti açıqlandı

"Moskva" və "Qars" Naxçıvan Konstitusiyasından çıxarılır

Naxçıvan Konstitusiyasına dəyişikliklər: ikinci səsvermə...

Milli Məclisin plenar iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla