Yuxarı

Portuqaliya prezidenti səfirimizi qəbul etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya təqdim edib.

Axar.az xəbər verir ki, səfir görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Portuqaliya Prezidentinə çatdırıb.

Həmçinin, səfir cari ilin noyabr ayında keçiriləcək COP29-a Azərbaycan Prezidentinin dəvətini Portuqaliya Prezidentinə təqdim edib.

Azərbaycanın Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verməsi və tezliklə Lissabon şəhərində Azərbaycan səfirliyinin diplomatik ofisinin açılmasının nəzərdə tutulması İ.Muxtarov tərəfindən Portuqaliya Prezidentinin diqqətinə çatdırılıb.

Portuqaliya dövlət başçısı öz növbəsində Azərbaycan Prezidentinə salamlarını çatdıraraq dəvətə görə təşəkkürünü ifadə edib və tezliklə Azərbaycan dövlət başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.

Qeyd edək ki, etimadnamənin təqdimetmə mərasimi XVI əsrə mənsub qədim kral sarayı və Portuqaliya Prezidentinin rəsmi rezidensiyası kimi fəaliyyət göstərən tarixi Belem sarayında baş tutub.

Tarix
2024.04.17 / 12:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla