Yuxarı

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Prezidenti Andjey Duda və Baş nazir Donald Tusk Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasında (COP29) iştirak etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ölkəsində Konstitusiya qəbulunun 233-cü ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verib.

“Polşa Prezidenti və Baş naziri Bakıda keçiriləcək mühüm beynəlxalq konfransında - COP29-da iştirak etmək üçün dəvət alıblar və onlar bu səfərə hazırlaşırlar”, - səfir deyib.

Onun sözlərinə görə, iki həftə sonra “InterFood Azerbaijan 2024” sərgisində iştirak etmək üçün Polşadan böyük nümayəndə heyəti Azərbaycana gələcək.

Səfir həmçinin qeyd edib ki, polşalı sahibkarların Azərbaycanda biznesə marağı artmaqdadır:

“Elə təkcə ötən həftə səfirliyimiz Azərbaycan bazarında biznes qurmaqda maraqlı olan 30-dan çox aqro-ərzaq şirkəti üçün onlayn seminar təşkil edib”.

Tarix
2024.04.30 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəisi həlak oldu, İrəvanı çətin günlər gözləyir - Tarasov

Rəisi qəzası: Əgər İranda kəskin dəyişiklik olarsa… - Kiviryan

Əfv Komissiyası növbəti dəfə toplanır

Əli Əsədov yeni qərar imzaladı

Rəisinin helikopterini belə tapdıq - Bayraqdar

Azərbaycandakı “Akınçı” helikopteri tapmağa hazır idi...

Ceyhun Bayramov Əli Bagiri ilə danışdı

Şok: Son anda hamısı bir helikopterə mindirilib...

Əliyev: Rəisi ilə son görüşümüz dünyaya... - Video

Növbədənkənar sessiya: MM özünü buraxır, yoxsa?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla