Yuxarı

Cenifer Lopez Azərbaycana gələ bilər

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cenifer Lopez Azərbaycana gələ bilər

Enrike İqlesias, Cenifer Lopez və Riki Martinlə danışıqlar aparılır.

Axar.az-ın Media.az-a istinadən məlumatına görə, bunu müğənni, Azərbaycanın xalq artisti Emin Ağalarov iyulun 23-dən 28-dək Xəzər dənizinin sahilindəki "Sea Breeze Resort"da keçiriləcək "DREAM FEST 2024"ə həsr olunmuş mətbuat konfransında deyib.

"Bu yay üçün kiminsə təsdiqlənəcəyinə əmin deyiləm, amma ümid edirəm ki, onlardan biri gələ biləcək. Gələn yay bizdə Lenni Kravitz olacaq. Sənətçilər yüksək səviyyəlidirlər, bir-iki il öncədən işlərini planlaşdırırlar. Bu, çətin prosesdir", - deyə xalq artisti bildirib.

E.Ağalarovun sözlərinə görə, bu il üçün Ceyson DeRulo, Cek Savoretti və bəzi digər ulduzların da adı təsdiqlənib.

"Siyahı daha sonra açıqlanacaq. Deyə bilərəm ki, dünyanın hər yerindən ifaçılarımız var", - o qeyd edib.

E.Ağalarov onu da bildirib ki, populyar musiqi tarixinin ən uğurlu prodüserlərindən biri kimi tanınan kanadalı müğənni Devid Fosterin gecəsi çərçivəsində Nikol Şerzinger və Ketrin Makfi ilə duet oxumağı planlaşdırır. Tədbir musiqi festivalı çərçivəsində baş tutacaq.

"Sənətçilər Fosterin hazırladığı mahnıları ifa edəcəklər", - E.Ağalarov vurğulayıb.

Tarix
2024.05.22 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla