Yuxarı

Hər iki tərəf bu fürsətdən istifadə etməlidir - ABŞ səfiri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycanla uzunmüddətli tərəfdaşlığa ümid edir.

Axar.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ABŞ-ın müstəqilliyinin 248-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ təhsili və iqtisadi inkişafı təşviq etmək, münaqişədən zərər çəkmiş məcburi köçkünlərə dəstək olmaq və ölkəni ölümcül minalardan təmizləmək üçün bir milyard dollardan çox vəsait ayırıb. Amma biz uzunmüddətli tərəfdaşlığa da ümid edirik. Biz birlikdə regionda sülhü təmin edəcək daha dərin əməkdaşlığa çalışırıq”, - səfir bildirib.

Diplomat xatırladıb ki, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesinə başlayıb, məhbusların mübadiləsi ilə bağlı danışıqlar aparıb və sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxın olduqlarını açıq şəkildə bəyan ediblər.

“ABŞ bu əlamətdar addımların tarixi imkanlar pəncərəsi açdığını düşünür. Ermənistanla bağlanacaq sülh sazişi regionda görünməmiş sabitlik yaradacaq və Azərbaycana, bütünlükdə regiona fayda verəcək ticarət və praktiki əməkdaşlığa qapı açacaq. ABŞ hər iki tərəfi bu fürsətdən istifadə etməyə çağırmağa davam edir və biz kömək etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”, - o deyib.

Tarix
2024.06.28 / 20:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Füzuliyə müntəzəm aviareyslər açılır - Qiymət elan edildi

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla