Yuxarı

Astaradakı güllələnmə hadisəsinin şok detalları - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunun Şüvi kəndində baş vermiş güllələnmə hadisəsinin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, qətli törədən şəxsin qardaşı Fazil İsrafilovun sözlərinə görə, Bəşir silahı götürərək Namiqin evinə gedib və orada atəş açıb:

"Namiq qardaşımın yoldaşı ilə əxlaqsız kliplər çəkib. Bəşir hadisəni törətdikdən sonra evə gələrək özünə atəş açıb" .

Mərhumun həyat yoldaşı Çiçək Əhədova isə deyilənlərin şər-böhtan olduğunu bildirib:

"Mən işdə idim, həyat yoldaşım evdə tək idi. Dedilər ki, qonşu tüfənglə vurub gedib. Bəşir evə başqa qadın gətirib, yoldaşı isə ona evdən gedəcəyini deyib. Bizə də anasına zəng etmək üçün gəlmişdi".

Qeyd edək ki, Bəşir və Namiq həm qohum, həm dost, həm də yaxın qonşu olublar. Öldürülən Namiq üç uşaq atası olub. Onun xərçəng xəstəliyindən əziyyət çəkirdiyi deyilir.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə (qəsdən adam öldürmə maddəsi) cinayət işi başlanılaraq, istintaq aparılır. Bəşir İsrafilov xəstəxanaya yerləşdirilib və polis mühafizəsi altında saxlanılaraq, ona tibbi yardım göstərilir.

Ətraflı Baku TV-nin süjetində:

Tarix
2024.07.01 / 01:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO generalı Bakıda isti mesajlar verdi

İran səfirliyi Azərbaycana təşəkkür etdi

Putin İlham Əliyevlə danışıqlar aparacaq

3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Zakir Həsənov Belarusa getdi

Bilal Haye Bayramovla vidalaşdı - Foto

Damlaya görə bu şadlıq sarayı bağlandı - Video

Uşağa təcavüz Türkiyəni qarışdırdı - Əslində nə baş verir?

Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun

Türk bayrağına təhqir - Müvəqqəti Hökumət bəyanat yaydı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla