Yuxarı

Beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Bakıda Nərimanov rayon 5 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, həkim Mehriban Cəfərova 2019-cu il təvəllüdlü Mirbəhram Mirqulam oğlu Vəkillin dişini çəkərkən azyaşlının halı pisləşib, edilən müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1 iyul 2024-cü il tarixində günorta saatlarında 5 nömrəli Uşaq Stomatoloji Poliklinikasına 2019-cu il təvəllüdlü Mirbəhram Mirqulam oğlu Vəkili hər iki valideyni ilə birgə müraciət edib.

Müvafiq müayinələrdən sonra ona tibbi xidmət göstərilib, uşaqda yuxarı azı dişinin periodontiti diaqnozu ilə dişin əməliyyatı həyata keçirilib.

Azyaşlı dişin ekstraksiyası sonrası anafilaktik şok keçirib. Ona tibb müəssisəsində ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadası çağırılıb. Lakin uşağın valideyni təcili tibbi yardım briqadasının gəlməsini gözləmədən uşağı yaxınlıqdakı bir neçə özəl klinikaya aparıb.

Qeyd edək ki, təcili tibbi yardım briqadası protokol üzrə çağırışdan 15 dəqiqə sonra tibb müəssisəsində olub.

Bir neçə özəl tibb müəssisəsi uşağı qəbul etməkdən imtina etdiyi üçün valideynləri onu Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə gətiriblər. Aparılmış reanimasiyon tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.

Ailənin bildirdiyinə görə, azyaşlıda ürək qüsuru və autizm xəstəliyi olub.

Tarix
2024.07.02 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla