Yuxarı

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Rusiyanın Voronej vilayətində saxlanılan azərbaycanlı Niyaz Əzim oğlu Zahidovun Rusiya Federarsiyası vətəndaşlığından bu ilin iyun ayında çıxarıldığı məlum olub.

Axar.az xəbər verir ki, Zahidovun Rusiya vətəndaşlığına Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin 3 iyun 2025-ci il tarixli qərarı ilə xitam verilib.

Zahidovun məlum qərardan üç ay müddətində yuxarı instansiya orqanına şikayət etmək imkanı olub.

Voronejdəki Azərbaycan diasporunun rəhbəri Mehdi Mehdiyev APA-ya açıqlamasında Zahidova qarşı bir neçə il bundan qabaq da xüsusi təyinatlı polis dəstəsinin - OMON-un əməliyyat keçirdiyini, onun doğum günü tədbirinə basqın etdiyini söyləyib.

Diaspor rəhbəri Zahidovun Azərbaycan Respublikasının vətəndaşlığının olmadığını söyləyib. Bildirib ki, Zahidov bir müddət əvvəl Azərbaycandan da deportasiya olunub:

“Bu yaxınlarda onun qardaşı rəhmətə getmişdi. Azərbaycana getdi, amma buraxmadılar. Oradan da deportasiya olunub. İndi Rusiya tərəfi də onun vətəndaşlığını ləğv edib. Evinə gəlib bildiriblər ki, vətəndaşlığı əlindən alınıb".

M.Mehdiyev ümumilikdə Voronejdə diasporla bağlı vəziyyətin sakit olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan öncə Azərbaycanın diaspor nümayəndələrinin saxlanıldığına dair görüntülər yayılıb.

Tarix
2025.12.13 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla