Yuxarı

Bakıdakı Səadət Sarayında ruhlar dolaşırdı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı Səadət Sarayında ruhlar dolaşırdı...

XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda “Qasımov qardaşları və K” şirkətinin sahibləri Hacı, Əli və İmran Qasımovun şəhərdə tikdiyi binalar bu gün də gözəlliyi ilə seçilir. Bu qardaşlar içərisində İmran Qasımovun həyatı çox acınacaqlı olub.

İmran Qasımovun “Kəngərlinski” adı altında çıxış edən ilk Azərbaycan aktyorlarından biri olduğu barədə çox az adam məlumatlıdır. O, Üzeyir bəy Hacıbəyovun, eləcə də Hüseynqulu Sarabskinin yaxın dostu idi.

Qasımov qardaşları Rusiya imperiyasının müxtəlif guşələrindən və digər yerlərdən palıd və şam ağacı, Kareliya ağcaqayını və Venesiya şüşəsi idxal edirdilər. Bakıda qardaşların parket fabriki yerləşirdi. İmran Qasımovun barəsində deyirlər ki, sifariş götürən zaman keyfiyyətli materiallardan istifadə edirmiş. 2007-ci ildə Muxtarovun evində (Səadət sarayında) təmir işləri aparan ustalar belə etiraf ediblər bunu:

“100 ilə yaxındır tikilməsinə baxmayaraq, mülkün qapı və pəncərələrində çürümə demək olar ki, yoxdur. Bu da evin taxta ilə işlənən hissələrdəki materialının uzunömürlü qoz ağacından olması ilə bağlıdır”.

O, təhsilli, çox savadlı, rus, fransız dillərində sərbəst danışan adam idi. Eyni zamanda xeyriyyəçi idi. İmkanlı bir adam olduğu üçün tez-tez sənətkarların ailələrinə maddi dəstək verirdi. Hətta yazırlar ki, şəhərdə o dövrün ən çox ziyarət edilən kitab mağazalarından biri yandıqda, İmran Qasımov təkcə təmir işlərini deyil, həm də yeni, dəyərli kitabların alınmasının xərcini çəkmişdi.

İmran Qasımovun həyat yoldaşı Rübabə xanım da çox kübar bir qadın olub. Müsəlman qadınları çadraya bürünən zaman Rübabə xanım Avropa dəbi ilə geyinib, şlyapasına straus lələyi taxaraq gəzirmiş.

Bu gözəl ailənin həyatının sonu da Muxtarov evinin tikintisi zamanı baş verir. Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən evi Bakı milyonçusu Murtuza Muxtarov həyat yoldaşı Yelizaveta (Liza) üçün tikdirib.

Saray tikilən zaman xarici və yerli memarların çətinlik çəkdiyi hissə binanın üstündə oturan cənagavər heykəlinin quraşdırılması idi. Heykəli hazırlayan zaman kiçik səhvə yol verilmişdi. Bədəni çox ağır, ayaqları isə yüngül idi. Bu cür heykəli elə quraşdırmaq lazım idi ki, bədən ağırlıq edib, ayaqları qırmasın. Bunu isə Bakıda ancaq İmran Qasımov bacara bilərdi. Buna görə də Muxtarov onu dəvət edir. Qasımov buna razı olur, binanın damına çıxır, heykəli quraşdırır və sevinclə “hazırdır” deyə qışqırır, bu zaman ayağı sürüşür və ordan yıxılır.

Yıxılan zaman iki ayağı qırılan İmran Qasımovun müalicəsi düzgün aparılmır və ayağında qanqrena başlayır. Nəticədə iki həftə sonra qanqrenadan ölür. 35 yaşlı aktyor, memar və hüquşünas bir gəncin taleyi beləcə sona çatır.

Bakı tarixi və memarlığı üzrə tədqiqatçı Fuad Axundov yazır ki, onun həyat yoldaşı Rübabə xanımın iki çıxış yolu olur ərinin ölümündən sonra: “Ya şəhəri tərk etməli, ya da çadra taxmalı idi. Ərinin aşiq olduğu qadın çıxış yolunu özünü zəhərləməkdə görür”.

Bu faciəli hadisədən sonra danışırlar ki, Muxtarovun vaxtında və ondan sonra binada qəribə səslər eşidilməyə başlanır. Şayiələrə görə, gecələr sarayda ağ paltarlı ruh kimi bir şəxsin yeridiyini, ah çəkdiyini və qapıların bağlanıb-açılıdğını görənlər olub. Hətta sovet dövründə yaşlı insanlar danışır ki, Sarayda olan restoran direktoru gecə yarısı evinə getmək istəyən zaman həmin “ruh” ona yaxınlaşıb və sarayı qoruduğuna görə ona təşəkkür edib.

Tarix
2025.12.09 / 07:00
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla