Yuxarı

Azərbaycanın 7 karateçisi Avropa çempionu oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın 7 karateçisi Avropa çempionu oldu

Azərbaycan karateçiləri Rumıniyanın Sfıntu-George şəhərində keçirilən fudokan üzrə Avropa çempionatında 9 medal qazanıblar.

Karate Federasiyasından Axar.az-a verilən məlumata görə, Babək Qələmzadə fərdi kumite üzrə böyüklər arasında mütləq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

Elmir Kazımzadə (10-11 yaş, 40 kiloqram), Qorxmaz Səfərli (14-15 yaş, 65 kiloqram), Rəvan Şirinov (16-17 yaş, 65 kiloqram), Elton Əliyev (16-17 yaş, 75 kiloqram), Mehdi Abdullayev (16-17 yaş, +75 kiloqram) və Tahir Ələkbərov (U-21, +75 kiloqram) öz kateqoriyalarında birinci yeri tutublar.

Əli Hacıyev (U-21, 75 kiloqram) gümüş, Ayxan Pirquluyev (16-17 yaş, 65 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən ümumilikdə 985 idmançı iştirak edib.

Tarix
2026.05.14 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla