Yuxarı

İnanılmaz çıxış etdik - Dambrauskas

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnanılmaz çıxış etdik - Dambrauskas

Möhtəşəm oyuna görə hər kəsi təbrik edirəm. Bu cür finallar azarkeşlər üçün həm dramatik, həm də maraqlı keçir. Bu mövsüm inanılmaz çıxış etdik. Ən çox qol vuran və ən çox hücum edən komanda idik. Futbolçularımla qürur duyuram.

Axar.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Litvalı mütəxəssis komandasının bu qələbəyə layiq olduğunu bildirib:

“Futbolçularım təkcə bu gün deyil, mövsüm ərzində keçirdiyimiz bütün oyunlarda yüksək performans nümayiş etdirdilər. Bu, mənim çalışdığım 10-cu klubdur. Burada möhtəşəm atmosfer var. Həmişə hücumameyilli futbol göstərməyə cəhd etmişik. Bu gün vurulan hər iki qol da çox fantastik idi. Bu qalibiyyətlərin arxasında komanda işi var. Futbolçularım həqiqətən də qəhrəmandırlar”.

Qeyd edək ki, Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurub. Onlar həmçinin ardıcıl ikinci dəfə ölkə kubokunun qalibi olublar.

Tarix
2026.05.13 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla