Yuxarı

Azərbaycandan UEFA-nın avrokuboklarına kimlər gedəcək?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan UEFA-nın avrokuboklarına kimlər gedəcək?

Bu gün 2025/26 mövsümü futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, həlledici matçda artıq Azərbaycan çempionu adını təmin edən “Sabah”la “Zirə” üz-üzə gəlib. “Sabah” 2:1 hesabı ilə qalib gələrək kuboku da qazanıb.

Beləliklə, daha da əvvəl onsuz da Çempionlar Liqasında oynamaq hüququna yiyələnən Sabah”ın Azərbaycan kubokuna da sahib olması ilə aşağıdakı vəziyyət yaranıb:

1. Misli Premyer Liqasında ikinci yeri tutacaq komanda (turnir cədvəlindəki indiki vəziyyətə görə “Qarabağ”) Avropa Liqasında oynamaq hüququ qazanacaq. Mövcud qaydalara əsasən, Azərbaycan Premyer Liqasının qalibi həm də kuboku qazanırsa, bu halda Avropa Liqasına 2-ci yeri tutan gedir və yarışa 1-ci mərhələdən başlayır.

2. Üçüncü yeri tutacaq komanda (turnir cədvəlindəki indiki vəziyyətə görə “Turan Tovuz”) UEFA Konfrans Liqasına 2-ci mərhələdən başlayacaq. Azərbaycanın ötən illərdəki reytinq xalı az olduğundan 2026/27 mövsümündə Konftans Liqasında iki təmsilçimizdən biri mübarizəyə 2-ci, digəri isə 1-ci mərhələdən qoşulacaq.

3. Konfrans Liqasında ikinci təmsilçimiz isə 4-cü yeri tutan komanda olacaq. Hazırda “Neftçi” 4-cü pilləni tutur və çempionatın bitməsinə 2 tur qalmış 5-ci yerdəki “Zirə”ni 3 xal qabaqlayır. Çempionatı 4-cü yerdə tamamlayan komanda yeni mövsümdə UEFA Konfrans Liqasına qatılacaq (1-ci mərhələdən). "Zirə"nin KL-ə getmək şansı hələ də qalmaqdadır.

Tarix
2026.05.13 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla