Yuxarı

Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib

Ötən gün hava hücumu zamanı maraqlı bir məqam yaşanıb: Ruslar Belarus sərhədinə qısılaraq hərəkət ediblər — “Şahid” dronlarından ibarət qrup Belarus sərhədindən cəmi 5-10 km məsafədə uçub.

Axar.az xəbər verir ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko bildirib.

“Ruslar bununla Belarus sərhədi boyunca ən qısa yol ilə Ukraynanın qərbinə keçməyə çalışıblar. Orada “Mesh-modemlər” tam gücü ilə tətbiq olunurdu”, - deyə o söyləyib.

Aviasiya eksperti qeyd edib ki, düşmən Ukraynanın əksər vilayətlərinə zərbələr endirib:

“Buraxılışlar Rusiyanın bütün sərhədyanı vilayətlərindən və işğal olunmuş Krımdan həyata keçirilirdi. Amma Bryansk vilayətindən buraxılış yeni bir haldır. Onlar dronları bizim hava hücumundan müdafiənin sıx olmadığı hesab edilən yerlərdən keçirmək məqsədilə bunu ediblər. Dronlar bir-birinin ardınca sürü şəklində uçurdu və bu o deməkdir ki, heç bir mobil qrup belə sayda hədəfə vaxtında reaksiya verə bilməzdi. Çünki dronlar bir neçə dəqiqədən bir gəlirdi. Yəni qrup hətta yenidən silahı doldurmağa da çatdırmırdı”.

Onun sözlərinə görə, Ukraynanın qərbində kütləvi hücumlar ayrı-ayrı rayonlara yönəlib və əsas hədəflər infrastruktur obyektləri olub.

Tarix
2026.05.14 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla