Yuxarı

Xəzər geri çəkilməyə davam edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər geri çəkilməyə davam edir

Xəzər sahillərində su geri çəkilməyə davam edir.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu aprel ayında başa çatan Rusiyanın “Yeni Delta 2026” kompleks dəniz elmi-coğrafi ekspedisiyası təsdiqləyib.

Ekspedisiyada Xəzər donanmasının Hidroqrafiya Xidmətinin gəmilərində Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun və Həştərxan Biosfer Qoruğunun alimləri iştirak ediblər. Tədqiqatlar Volqa-Xəzər dəniz gəmiçilik kanalının akvatoriyasında və Xəzərin şimal hissəsində aparılıb.

Araşdırmalar dənizin sahil xəttində baş verən dəyişikliklərlə bağlı operativ məlumatların əldə edilməsinə imkan verib. Alimlərin gəldiyi qənaətə görə, Xəzər dənizində mövcud olan və yeni formalaşan adalar böyüməyə davam edir. Çistaya Banka adasının sahəsi 2019-cu illə müqayisədə iki dəfə artıb.

Tiflis dayazlığının yerində yaranmış ada isə ötən illə müqayisədə üç dəfə genişlənib.

Ekspedisiyanın iştirakçıları Şimali Xəzərdə axının sürəti və istiqamətinin ölçülməsi üzrə hidrofiziki işlər aparıb, laborator şəraitdə hidrokimyəvi göstəricilərin müəyyənləşdirilməsi üçün nümunələr götürüblər.

“Hazırda bir məsələ aydındır – dənizin səviyyəsi enməkdə davam edir”, – deyə ekspedisiyanın rəhbəri, Okeanologiya İnstitutunun Xəzər filialının kiçik elmi işçisi İvan Yermakov bildirib.

Tarix
2026.05.13 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla