Bakı metrosunun nizamnamə kapitalı 31,4% artırılır
17:15
| Ana səhifə Planet |
|
Suriya hakimiyyəti İŞİD-in aparıcı fiqurlarından hesab olunan “Əbu Cihad əl-Mühacir" ləqəbli Həmzə Abdullah Məhəmmədi ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat Hələb əyalətinin Menbic rayonu ərazisində baş tutub.
Saxlanılan şəxs əvvəllər İŞİD-in Levant əyalətindəki hərbi komandiri vəzifəsində çalışıb və qrupun İdlib əyalətindəki fəaliyyətinə nəzarət edib.
|
Tarix
2026.08.18 / 18:04
|
Müəllif
Sevgi İsmayılbəyli
|