Yuxarı

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Yaxın Şərqdə artan gərginlik və xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklər Yaponiya kimi böyük enerji idxalçısı olan ölkələri alternativ mənbələr axtarmağa məcbur edir. Tokio uzun illər neft tədarükündə əsasən Yaxın Şərq ölkələrindən asılı olub. Regionda mümkün hərbi və siyasi risklərin artması isə enerji təhlükəsizliyi məsələsini ön plana çıxarıb.

Bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Yaponiyanın ilk dəfə Azərbaycan neftini idxal etməsindən danışarkən deyib.

O bildirib ki, Azərbaycanın etibarlı və sabit enerji tərəfdaşı kimi diqqət çəkməsi təbii hesab olunur:

“Azərbaycan neftinin ilk dəfə Yaponiyaya göndərilməsi göstərir ki, dünya enerji bazarında marşrut və tərəfdaş müxtəlifliyi daha vacib amilə çevrilir. Yaxın Şərqdəki böhran qlobal neft xəritəsinə təsirsiz ötüşmür. Böyük istehlakçı ölkələr artıq tədarük risklərini azaltmaq üçün daha geniş coğrafiyadan enerji almağa çalışırlar. Bu proses yeni enerji tərəfdaşlıqlarının formalaşmasına səbəb olur.

Azərbaycan Yaponiya üçün uzunmüddətli alternativ tədarükçülərdən birinə çevrilə bilər. Xüsusilə ölkənin siyasi sabitliyi, beynəlxalq enerji layihələrində təcrübəsi və ixrac infrastrukturunun mövcudluğu bu imkanları artırır. Bununla yanaşı, Azərbaycanın Asiya bazarında mövqeyinin güclənməsi üçün də əlavə imkanlar yaranır. Yaponiya kimi iri iqtisadiyyatla əməkdaşlıq digər Asiya ölkələrinin də Azərbaycan enerjisinə marağını artıra bilər”.

A.Nəsirli vurğulayıb ki, Yaponiya ilə enerji əməkdaşlığının genişlənməsi Azərbaycan üçün iqtisadi baxımdan da mühüm üstünlüklər yarada bilər:

“Yeni bazarlara çıxış ixrac gəlirlərinin artmasına, enerji satış coğrafiyasının genişlənməsinə və iqtisadi risklərin bölüşdürülməsinə kömək edir. Eyni zamanda bu əməkdaşlıq gələcəkdə enerji, logistika, texnologiya və investisiya sahələrində daha geniş iqtisadi əlaqələrin formalaşmasına şərait yarada bilər”.

Tarix
2026.05.13 / 14:16
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla