Yuxarı

“28 May” və “Cabbarlı” arasında yeni keçid bu tarixdə açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“28 May” və “Cabbarlı” arasında yeni keçid bu tarixdə açılacaq

Xəbər verdiyimiz kimi, Bakının “28 May” və “Cəfər Cabbarlı” metrostansiyaları arasında yeni pilləkənin tikintisinə başlanılıb.

Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Axar.az-a açıqlamasında bildirib ki, xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir pilləkənin inşası işləri sürətlə davam edir.

“Hazırda qazıntı işləri başa çatdıqdan sonrakı dövrün tədbirləri icra olunur. Tunel divarı boyunca metal konstruksiya qurulmaqla betonlanma işləri aparılır.

Eyni zamanda piyada pilləkənlərinin qurulmasına da başlanılıb. Son mərhələdə isə divar və döşəmə üzlüklərinin vurulması ilə həm sahənin dayanıqlığı, həm də estetik görkəmi ən yüksək səviyyədə təmin olunacaq. Bu işlərin iyul ayının sonuna qədər başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, xətlər ayrıldıqdan sonra bu pilləkən xüsusi əhəmiyyət kəsb edəcək. Çünki sərnişin axınının qarışmaması, sərnişinin istiqamət üzrə rahatlıqla yönləndirilməsi və bu keçidlərdən “Cəfər Cabbarlı” stansiyasının hər bir yolu üzrə istifadəsinə müvafiq şərait yaradılacaq”, - o qeyd edib.

Tarix
2026.05.13 / 13:25
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İki gəmiyə dron hücumu: heyətdə 8 azərbaycanlı var

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla