Yuxarı

AZAL ilk 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL ilk 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurdu

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını əməliyyat göstəricilərində artım, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq nailiyyətlərlə yekunlaşdırıb.

Axar.az xəbər verir ki, yanvar–sentyabr aylarında aviaşirkət ümumilikdə 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib. Onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib. Bakı üzərindən transfer edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq 419 min nəfərə çatıb.

Hesabat dövründə ən intensiv gün 15 avqust olub. Həmin gün rekord sayda - 72 reys həyata keçirilib. Dövrün yekunlarına əsasən, aviaşirkətin müntəzəm marşrut şəbəkəsi 55 istiqaməti əhatə edib.

Bakı–Naxçıvan–Bakı marşrutu üzrə doqquz ay ərzində təxminən 3,2 min reys həyata keçirilib və 650 minə yaxın sərnişinə xidmət göstərilib. Bu marşrut üzrə ən intensiv gün 15 iyun olub və həmin gün 25 reys icra edilib.

Cari ilin doqquz ayında Azərbaycan Hava Yolları marşrut şəbəkəsinin genişləndirərək Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlara başlayıb. Həmçinin Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlara aviabiletlərin satışı başlayıb.

Hesabat dövründə sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni rəqəmsal həllər də tətbiq olunub. Təyyarə göyərtəsində POS-terminallar vasitəsilə nağdsız ödəniş imkanı yaradılıb. Onlayn ödəniş seçimləri genişləndirilib “Uzum Bank” ilə əməkdaşlıq çərçivəsində “HUMO” və “UZCARD” kartları, həmçinin “Alipay” və “WeChat Pay” ödəniş sistemləri inteqrasiya edilib. Aviabiletlərin hissə-hissə ödənilməsi imkanı da təqdim olunub.

Sərnişinlərə “Stopover” xidmətini onlayn sifariş etmək imkanı yaradılıb, həmçinin “Rental Car” avtomobil icarəsi xidməti istifadəyə verilib. Bununla yanaşı, əlavə baqajın onlayn alınması imkanları genişləndirilib və reyslərin ləğvi kimi hallarda aviabiletlərin onlayn qaytarılması imkanı yaradılıb.

Bu dövr Azərbaycan Hava Yolları üçün beynəlxalq nailiyyətlərlə də əlamətdar olub. Aviaşirkət “Skytrax World Airline Awards 2026” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb, “PAX International Readership Awards 2026” mükafatlarında isə MDB üzrə ən yaxşı uçuşdaxili əyləncə və bağlantı xidmətləri nominasiyasında qalib olub. Aviaşirkətin müsbət iş mühitinin yaradılması istiqamətində fəaliyyəti də “Great Place to Work®” sertifikatı ilə qiymətləndirilib. Bu nailiyyətlər aviaşirkətin xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişin təcrübəsinin təkmilləşdirilməsi və müsbət korporativ iş mühitinin formalaşdırılması istiqamətində səylərini əks etdirir.

Azərbaycan Hava Yolları uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və sərnişinlərə təqdim olunan xidmətlərin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

Tarix
2026.10.13 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

İki gəmiyə dron hücumu: heyətdə 8 azərbaycanlı var

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla