Yuxarı

İran rəhbərləri ölər, ancaq ölkədən qaçmaz - Zamani

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran rəhbərləri ölər, ancaq ölkədən qaçmaz - Zamani

İran rəhbərlərinin Rusiyaya, aşağı rütbəli məmurların Əfqanıstana və İraqa qaçmaq istəməsi sadəcə bir iddiadır. İranda müharibə başlayandan bu günə qədər hələlik heç bir İran rəsmisi xaricə qaçmayıb. Ola bilər ki, hansısa məmurun ailəsi və ya uşaqları xaricdə yaşayır. Ölkədən çıxanlar da ola bilər, amma rəhbərlikdən kiminsə xaricə qaçması haqda heç bir məlumat yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında güneyli fəal, siyasi müşahidəçi Əlirza Zamani İran hakimiyyətindəki önəmli fiqurların ABŞ-la danışıqların pozulmasından sonra Rusiyaya qaçmaq niyyətlərinin olduğu iddialarını şərh edərkən deyib.

“Buna başqa prizmadan baxmaq lazımdır. İran şiə ideologiyası olan bir dövlətdir. Bu ideologiyanın tarixi dövlətin ömrü ilə ölçülmür. Şiəlik islam tarixinin yaranmasından bir neçə onillik sonra meydana çıxıb. Belə bir hadisə olsa, ayətullahlar və ya İran rəhbərliyində olan hansısa şiə xadimi xarici dövlətə qaçsa, bu, şiəçilik ideologiyasının süqutu kimi qəbul oluna bilər. Ona görə də onlar ölkəni tərk etməzlər. Sonuna qədər vuruşar və çalışarlar ki, hakimiyyəti əllərində saxlasınlar. Görsələr ki, hakimiyyət əldən gedir, özlərini qurban verərlər.

Aşağı səviyyəli məmurlar xaricə qaça, hətta pul da apara bilər. Bu, o qədər də önəmli deyil. Amma İranın rəhbərləri – məsələn, ali rəhbər, prezident, birinci dərəcəli dini xadimlər qaçmazlar”, - Zamani bildirib.

Tarix
2026.05.13 / 14:38
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla