Yuxarı

Zaxarova Kallası məşhur qurbağaya bənzətdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaxarova Kallası məşhur qurbağaya bənzətdi

Rusiya xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Birliyinin ali komissarı Kaya Kallası növbəti dəfə aşağılayan fikirlər səsləndirib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, Zaxarova Kallası öz mandatından kənar fikirlər səsləndirməkdə ittiham edib.

Zaxarovanın sözlərinə görə, AB-də getdikcə daha çox insan "Kaja Kallas kimdir və kimin adından danışır" sualını verir.

"Bu, artıq "Mappet Şousu" kimi səslənməyə başlayır... Uşaqlar böyüyür, onlar başa düşməyə başlayırlar ki, söhbət şən Kermit Qurbağadan yox, bu obrazı yaradan aktyordan gedir", - deyə diplomat bildirib.

Qeyd edək ki, Kallas Rusiya ilə dialoqda özünün AB-nin danışıqlar aparan nümayəndəsi ola biləcəyini söyləyib. Daha əvvəl isə o, Rusiyanın "yüz ildən çoxdur ki, qonşularına hücum etdiyini" deyib.

Xatırladaq ki, bu, Zaxarovanın Kallasla bağlı ilk belə atmacası deyil. Bundan əvvəl Zaxarova AB rəsmisini donuz cingiltisi çempionatında iştirak etməyə dəvət edib.

Tarix
2026.05.13 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla