Yuxarı

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Yaxın Şərqdəki eskalasiya və Hörmüz boğazının bloklanması fonunda Yaponiyanın ENEOS şirkəti Azərbaycandan 283 min barrel neft alıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu gün, mayın 12-də Azərbaycandan neft daşıyan tanker artıq Yaponiyaya çatıb.

Neft Negisidə (Tokio yaxınlığında) yerləşən ENEOS neft emalı zavoduna yönəldiləcək.

Nəşrlər qeyd ediblər ki, Yaponiya hökuməti ABŞ və Rusiyadan idxal da daxil olmaqla, Hörmüz boğazından keçməyən alternativ neft tədarükü mənbələrinin təmin edilməsi istiqamətində səylərini fəallaşdırıb, çünki satınalma mənbələrinin şaxələndirilməsi getdikcə daha mühüm prioritetə çevrilir.

Məlumata görə, bu, Yaxın Şərqdəki münaqişənin başlanmasından bəri Yaponiyaya tədarük edilən Azərbaycan neftinin ilk partiyasıdır. İndiyədək, Hörmüz boğazının bağlanmasına qədər Yaponiya neft emalı zavodları üçün əsas xammal Yaxın Şərq nefti olmuşdur.

Yaponiyada neftin gündəlik istehlak həcmi təxminən 3 milyon barrel təşkil edir.

Yaponiya həmçinin fövqəladə hallar üçün həm dövlət ehtiyatlarını, həm də özəl sektorun ehtiyatlarını özündə birləşdirən dünyanın ən böyük neft ehtiyatlarından birinə malikdir. Neft və neft məhsullarının ümumi ehtiyatları, bir qayda olaraq, bir neçə aylıq daxili tələbatı ödəyir, lakin Yaxın Şərqdə tədarükdə uzunmüddətli fasilələr olacağı təqdirdə idxalın sabitliyi ilə bağlı narahatlıqlar qalmaqdadır.

Tarix
2026.05.12 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla