Yuxarı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Ermənistanın “168.am” portalının İrəvan sakinləri arasında Azərbaycan və Ermənistan münasibətləri, eləcə də Qarabağ barədə keçirdiyi sorğu sosial şəbəkələrdə paylaşılıb.

Axar.az xəbər verir ki, sorğuda iştirak edən sakinlər Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayıblar.

Yaşlı erməni respondent Qarabağın həmişə Azərbaycanın muxtar regionu olduğunu bildirib:

"Məgər azərbaycanlılar əvvəllər burda (Ermənistanda - red.) yaşamayıblar? Mən o vaxtları çox yaxşı xatırlayıram, azərbaycanlılar bizimlə qonşuluqda yaşayırdılar. Mən hələ də onlarla birgə olan şəkillərimizi saxlayıram. Azərbaycanlılar vəziyyəti gərginləşdirən ermənilərdən 100 dəfə yaxşı idilər. Onların Ermənistana geri qayıtmaqlarına gəlincə, onların kifayət qədər geniş torpaqları var və onlar orada rahat, sakit yaşaya bilərlər, həmçinin Qarabağda da. Kim deyir ki, o torpaqlar bizimdir və azərbaycanlıların orada yaşamaq hüququ yoxdur. Məgər Qarabağ nə zamansa bizə məxsus olub? Qarabağ həmişə Azərbaycanın muxtar regionu olub və bu, yeni xəbər deyil. Qarabağ ermənilərinə gəlincə, onlar bizim səhvimiz ucbatından evsiz qalmayıblar ki! Onları bu vəziyyətə Bakıda həbsxanada olan şəxslər gətirib çıxarıb. Mən onları əsir hesab etmirəm, onlar cinayətkardılar və Bakı həbsxanasında çürüməlidirlər. Məhz onlara görə bu gün Ermənistan belə vəziyyətə düşüb".

Başqa bir sakin isə belə deyib:

"30 il müddətində bizə elə gəlirdi ki, Qarabağ bizimdir. Amma heç bir xəritədə bu yoxdur. Bu torpaqlar heç vaxt Ermənistan ərazisinin tərkibində olmayıb. Qarabağ nə zaman de-yure Ermənistanın ərazisi olub? Siz bunu hansı xəritədə görmüsünüz ki, bu gün də Qarabağı itirdiyimizi deyək? Mən dəfələrlə Qarabağda olmuşam və onda da anlayırdım ki, bu torpaqlar heç vaxt bizim olmayıb. Bəziləri hələ də təkid edir ki, Qarabağ Ermənistanın olub və biz onu itirmişik. Əgər belədirsə, niyə bu məlumat heç bir xəritədə yer almayıb? Deyirsiniz ki, bizim əsgərlər Qarabağda xidmət edib və o əraziləri qoruyub, çünki oranı Ermənistan ərazisi hesab edirdilər. De-yure olaraq bizim əsgərlər heç vaxt Qarabağı qorumayıblar, çünki Qarabağ Ermənistanın bir hissəsi olmayıb. Hər şeyin günahkarı əvvəlki hakimiyyət olub, çünki bizi bu vəziyyətə onlar gətirib. Soruşursunuz ki, kimin hakimiyyəti dövründə Qarabağ Azərbaycanın tərkibinə qatılıb. Necə yəni qatılıb? Bəyəm elə bir an olub ki, Qarabağ Azərbaycanın tərkibində olmasın? Bizim ermənilər hər zaman Azərbaycanın tərkibində olan Qarabağda yaşayıblar. Bu bizim keçmiş hakimiyyətə də, Putinə də məlum idi. Başa düşün ki, bizim ermənilər hər zaman Azərbaycan ərazisində yaşayıblar. Qarabağ hər zaman Azərbaycanın ərazisi olub".

Tarix
2026.05.13 / 14:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla