Yuxarı

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun ölkəmizdə əmək haqqı sahəsində gender bərabərliyinin daha dolğun şəkildə təmin olunmasına yönəlib.

Yeni qanunla Əmək Məcəlləsinin 12-ci və 154-cü maddələrində dəyişikliklər edilib. Bu dəyişikliklər işəgötürənin cinsindən asılı olmayaraq, eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər maaş ödəməyə borclu olduğunu, işin bərabər dəyərli olmasının əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edildiyini nəzərdə tutur.

Sözügedən mövzu ilə bağlı Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camal Axar.az-a açıqlamasında bildirib ki, əmək bazarında gender əsaslı maaş fərqləri dünyanın bir çox ölkəsində hələ də tam aradan qalxmayıb:

“Bunun əsas səbəbi hüquqi boşluqdan çox, illərlə formalaşmış sosial stereotiplərdir. Uzun müddət “ailəni kişi saxlayır”, “qadının qazancı əlavə gəlirdir” kimi düşüncələr cəmiyyətin şüurunda norma kimi qəbul olunub. Nəticədə eyni işi görən qadın və kişinin əməyinə fərqli yanaşma formalaşıb.

Əslində isə əmək haqqı insanın cinsinə görə deyil, peşəkarlığına, təcrübəsinə, məsuliyyətinə və ortaya qoyduğu nəticəyə görə müəyyən edilməlidir. Müasir iqtisadiyyatın əsas prinsipi budur. Çünki şirkət üçün vacib olan işin keyfiyyətidir, işçinin qadın və ya kişi olması deyil”.

Onun sözlərinə görə, bir çox şirkətdə hələ də gizli və ya açıq şəkildə gender meyarı nəzərə alınır və bunun bir neçə səbəbi var:

“Bəzi işəgötürənlər qadınların analıq məzuniyyəti, ailə yükü və uşaqlarla bağlı daha çox fasilə verəcəyini düşünür. Rəhbər vəzifələrdə kişilərin “daha sərt və davamlı” olduğu barədə köhnə stereotiplər yaşayır. Cəmiyyətin özündə qadının əmək bazarındakı uğuruna bəzən ikinci dərəcəli yanaşma qalır. Qadınların özləri də bəzən daha aşağı maaşa razı olmağa məcbur olur və ya maaş müzakirəsində daha passiv davranırlar.

Amma son illər dünyada və Azərbaycanda bu məsələyə münasibət dəyişir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Əmək Məcəlləsində qadınların əmək hüquqlarının qorunmasına yönəlmiş dəyişikliklərin edilməsi də bunun göstəricisidir. Dövlət səviyyəsində mesaj verilir ki, əmək münasibətlərində ayrı-seçkilik qəbuledilməzdir”.

Aynur Camal bəzən maaş fərqinin yalnız cinsiyyət ayrı-seçkiliyi olmadığını da vurğulayır:

“Eyni sektorda kişilər daha çox rəhbər və texniki sahələrdə, qadınlar isə daha aşağı maaşlı sahələrdə cəmləşdiyi üçün ümumi statistika fərqli görünür. Amma bu da yenə sosial modelin nəticəsidir.

Məncə, problemin əsas həlli yalnız qanunla deyil, düşüncə tərzinin dəyişməsi ilə mümkündür. Çünki qadın artıq yalnız ailənin bir hissəsi deyil; o, iqtisadiyyatın, medianın, siyasətin, elmin tamhüquqlu iştirakçısıdır. Müasir dünyada istedadın və zəhmətin cinsi olmur”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti üzrə hazırlanıb.

Tarix
2026.05.13 / 11:23
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla