Yuxarı

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

300 mindən çox azərbaycanlının Ermənistana (Qərbi Azərbaycan – red) qayıtmasına hazırlıq gedir.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib.

Xaçikyan geri qayıdacaq azərbaycanlıların daha çox hansı ərazilərdə məskunlaşacağı ilə bağlı fikirlər irəli sürüb.

“İlkin olaraq 300 min azərbaycanlının qayıdacağını düşünsək - onların sayının 1 milyona qədər artdığı da deyilir - bu, təxminən 300 kənd deməkdir. Çünki Ermənistanda orta hesabla bir kəndin əhalisi 1000 nəfərdir. Gəlin bu rəqəmin üçdə bir hissəsini – 100 kəndi götürək. Azərbaycanlılar hansı kəndlərdə məskunlaşacaq? Güman ki, onlar daha çox 1988-ci ildə Ermənistandan çıxmazdan əvvəl yaşadıqları ərazilərdə məskunlaşdırılacaqlar. 1988-ci ildən əvvəl azərbaycanlıların yaşadıqları kəndlər məlumdur. Onlar xüsusilə Göyçə gölünün şərqində və Zəngəzur-Qafan bölgəsində kompakt yaşayırdılar. Ehtimal ki, geri qayıdacaq azərbaycanlılar əsasən bu bölgələrdə yerləşəcək”, - o bildirib.

Erməni politoloq iddia edir ki, Göyçə gölünün şərq hissəsi və Qafan bölgəsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.

“Göyçə gölünün şərq hissəsi strateji əhəmiyyət daşıyır. Qafan bölgəsi də Naxçıvanın Azərbaycana quru ərazi ilə birləşdirilməsində rol oynaya bilər. Bu necə ola bilər? Azərbaycanlılar bu bölgələrdə məskunlaşdıqdan sonra həmin ərazilərin bolşeviklər tərəfindən ermənilərə verildiyi məsələnini qaldıracaqlar, daha sonra tarixi ədalətsizlik adılandırdıqları bu məsələni həll edəcəklər”, - erməni politoloq iddia edib.

Tarix
2026.05.13 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla