Yuxarı

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər QHT-lərin nümayəndələrinin iştirakı ilə “Himayədar ailə institutunun inkişaf etdirilməsi” mövzusunda görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə himayədar ailə institutuna dair təqdimat edilib. Nazirliyin və Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin müvafiq struktur bölmələrinin rəhbərləri çıxış edərək “Himayədar ailə” qayğı modelindən əhəmiyyətindən bəhs ediblər. Uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan bu modelin valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəfləndiyi vurğulanıb.

İctimai şuranın üzvü Zülfiyyə Nuriyeva Nazirlik tərəfindən həyata keçirilən sosial müdafiə tədbirlərinin təşkilində, habelə “Himayədar ailə” qayğı modelinin tətbiqi işlərində ictimai iştirakçılığın təmin edilməsindən bəhs edib. Bu sahədə görülən işlərin, həmçinin davamlı olaraq keçirilən belə görüşlərin əhəmiyyətini vurğulayıb.

Digər QHT nümayəndələri çıxış edərək mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı himayədar ailələrin seçimi, ictimai maarifləndirmənin gücləndirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, həmçinin tərəfdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi kimi məsələlər diqqət mərkəzində olub.

Tarix
2026.05.13 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla