Yuxarı

Yəhudi bayramında atışma: ölənlərin sayı artdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəhudi bayramında atışma: ölənlərin sayı artdı  - Video

2025.12.14. 13:17

Avstraliyanın Sidney şəhərindəki Bonday çimərliyində keçirilən Hanuka yəhudi bayramında atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avstraliya mətbuatı yayıb.

Atışma nəticəsində 10 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

Atəş açan iki nəfərin saxlanıldığı bildirilir.

Sidney polisinin verdiyi məlumata görə, hücum bir neçə ay əvvəldən planlaşdırılıbmış.

***

Sidneydə (Yeni Cənubi Uels ştatı) Bondi çimərliyində baş verən atışmada həlak olanların sayı 12-yə çatıb.

***

Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi Sidneydə çimərlikdə insanlara atəş açan şəxslərdən birinin kimliyini müəyyən edib.

Bu barədə ABC telekanalı mənbələrə istinadla xəbər verir.

Məlumata görə, silahlı şəxslərdən biri Narvid Akramdır. O, Sidneynin cənub-qərbində yerləşən Bonni­rig rayonunda yaşayır. Hazırda hüquq-mühafizə orqanları hücumla bağlı istintaq çərçivəsində onun evində axtarış aparır.

***

Sidneydə törədilən terror aktında ölənlərin sayı 16 nəfərə çatıb.

Bu barədə Yeni Cənubi Uels ştatının səhiyyə naziri Rayan Park açıqlama verib.

***

Baş verən terror aktı ilə bağlı yeni təfərrüat məlum olub.

"Deyli Meyl" yazır ki, terror aktının icraçıları ata və oğuldur.

Belə ki, oğul 24 yaşlı Narvid Akramdır. O, polis tərəfindən güllələnərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və nəzarət altındadır. Onun 50 yaşlı atası isə öldürülüb.

Hadisədə üçüncü hücumçu olmayıb.

Ata rəsmi olaraq silah lisenziyasına malik olub və ona məxsus altı odlu silah hadisə yerində və sonradan aparılan axtarışlar zamanı götürülüb. Hazırda ballistik və məhkəmə-tibbi ekspertizalar aparılır.

Tarix
2025.12.15 / 01:41
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla