Yuxarı

Bu strateji ərazi də Azərbaycanın nəzarətinə keçir - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu strateji ərazi də Azərbaycanın nəzarətinə keçir - Video

Ermənistanın Gürcüstanla dövlətlərarası yolunun Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindən keçən hissəsi bu gündən işləməyəcək.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, Ermənistanın yol polisləri sürücülərə Açarkut kəndindən yeni yolun tikildiyini və oradan istifadə etməli olduqlarını bildirir.

Kənddə Azərbaycanla sərhəd divarı çəkilən ərzidə qazıntı işlərinin aparıldığı deyilir. Ehtimal olunur ki, həmin ərazidə sərhədboyu tikanlı məftillər çəkiləcək.

Xatırladaq ki, artıq bir neçə gündür dövlətlərarası yolun Azərbaycanın nəzarətinə keçəcəyinə dair məlumatlar yayılır. Ermənistan Sərhəd Xidmətinin bu istiqamətdə yekun işlər gördüyü bildirilir. Tavuş bölgəsindən başlayan demarkasiya prosesi nəticəsində Kirants kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Sərhəd xətti kəndi iki hissəyə ayırıb.

Tarix
2024.07.10 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla