Yuxarı

Bakı ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ŞƏT-də öz statusunu dəyişmək üçün müraciət etdi

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi ölkə statusu almaq üçün müraciət edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Katibliyi yanında İran İslam Respublikasının milli əlaqələndiricisi Mehrdad Kiyaei xəbər verib.

Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Ermənistan, Banqladeş, Kamboca və Şri-Lanka da müraciət edən ölkələr siyahısındadırlar.

"Bu ölkələr (Banqladeş istisna olmaqla) dialoq tərəfdaşı statusunu müşahidəçi statusuna dəyişmək istəyirlər. Biz, prinsip etibarilə, bu məsələyə baxmağa, həmçinin müvafiq ərizəçilər və təşkilatın üzv dövlətləri ilə razılaşdırılaraq müəyyən bir nəticəyə gəlməyə hazırıq", - deyə Mehrdad Kiyaei bildirib.

O vurğulayıb ki, onlar əvvəlcə müşahidəçi statusu almalıdırlar, yalnız bundan sonra tamhüquqlu iştirakçı ola bilərlər.

"Banqladeş dialoq tərəfdaşları sırasına daxil deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələni keçmək olar. Bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır", - deyə Mehrdad Kiyaei əlavə edib.

Tarix
2024.07.18 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla