Yuxarı

Daha bir məntəqədə seçki nəticələri ləğv edildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir məntəqədə seçki nəticələri ləğv edildi

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizəd Yasəmən Mahmudovanın (Qaraqoyunlu) müraciətinə baxılıb.

Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, namizəd müraciətində seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini istəyib:

“Müraciət etmiş deputatlığa namizəd seçki dairəsi üzrə bütün seçki məntəqələrində total pozuntuların olmasını iddia edib. İddia edilən pozuntularla əlaqədar namizədin iştirakı ilə aparılmış araşdırma zamanı səsvermə günü seçkini müşahidə etmiş müşahidəçilərdən alınan izahatlarla onun iddiaları öz təsdiqini tapmayıb. Namizəd tərəfindən təyin edilmiş 8 müşahidəçi Sumqayıtın müxtəlif televiziya kanallarına müsahibə veriblər və seçkinin qanunvericiliyə uyğun aparıldığını deyiblər. Araşdırma zamanı müəyyən edilib ki, dairə üzrə 27 saylı məntəqə istisna olmaqla, iddia olunan pozuntular öz təsdiqini tapmayıb. Beləliklə, ərizəçinin müraciəti qismən təmin edilməli, 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib. Qeyd edilən seçki dairəsində 27 saylı seçki məntəqəsi istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.

Tarix
2024.09.14 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla