Yuxarı

Əliyevin tələbi: İrəvan icra etməyə hazırlaşır - Təcili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin tələbi: İrəvan icra etməyə hazırlaşır -

Ermənistan Azərbaycanın növbəti tələbini yerinə yetirmək niyyətindədir. Söhbət AB-nin Ermənistandakı monitorinq missiyasının mandatından gedir.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr bildirib ki, nə Ermənistan XİN, nə də AB missiyası bu barədə suala cavab verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 14 oktyabrda Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən bu barədə danışmış, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan bu missiyaya iki aylıq razılıq verdiyini bildirmişdi.

“Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa Birliyi ilə təmaslarda bu məsələni qaldıracağıq”, - Prezident vurğulamışdı.

Nəşr xatırladıb ki, AB missiyasının mandatı son uzadılmadan sonra 2025-ci ilin fevralında başa çatır. Ermənistan mandatı uzatmasa, missiya fəaliyyətini dayandıracaq.

Tarix
2024.10.16 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla