Ana səhifə Siyasət |
Gələn həftə gözəl Bakı şəhərində baş tutacaq və dünyanın bütün dövlətlərini, eləcə də ən nüfuzlu beynəlxalq təşkilatları bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçılarının 29-cu Konfransı (COP29) Sizin xarici siyasət sahəsində böyük tarixi zəfərinizdir desəm, əsla mübaliğə olmaz.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təbrik məktubunda deyilir.
“Əminəm ki, bu nüfuzlu tədbirdə iqlim dəyişikliklərinə qarşı mübarizə və onların nəticələrinin azaldılması, qlobal çağırışlara cavab verən həll yollarının və gücləndirici strategiyaların təsdiqlənməsi, dünya xalqlarının “yaşıl” iqtisadiyyata keçidi ilə bağlı təşəbbüslərinin daha da güclənməsi istiqamətində böyük nailiyyətlər əldə ediləcəkdir”, - məktubda vurğulanıb.
Tarix
2024.11.08 / 17:12
|
Müəllif
Axar.az
|