Yuxarı

Mədəniyyət naziri şəhid ailələri və qazilərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan Milli Tarix-Bədii Qoruğunda Vətən Müharibəsindəki Şanlı Qələbəmizin 4-cü ildönümü münasibətilə bayram tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Adil Kərimli şəhid ailələri və qazilərlə görüşüb. Şəhid ailələri və qazilər qarşısında çıxışı zamanı Nazir qeyd edib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və şanlı ordumuzun qüdrəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, noyabrın 8-i xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış davam edir. Tarixi abidələrimiz bərpa olunur. Biz bu tarixi Zəfərimiz üçün torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən, al qanlarıyla tarix yazan şəhidlərimizə borcluyuq.

Bayram münasibətilə şəhid ailələri və qaziləri təbrik edən nazir onlarla xatirə şəkli çəkdirib.

Sonra tədbir iştirakçıları əl işlərindən ibarət sərgiyə baxış keçirib.

Tarix
2024.11.08 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ üçün canından keçənləri hörmətlə anırıq!

Antiterror əməliyyatı Şuşa Zəfərinin məntiqi davamı idi

Bu, Əliyevin xarici siyasət sahəsində böyük tarixi zəfəridir!

CHP sədrindən Əliyevə zəng: Atatürkün bu ifadəsini təkrarladı

Azərbaycan XİN-dən Fransaya çağırış

Mirziyayevdən Əliyevə: Bundan qürur duydum

Bakı Şuşada rəqs edən Paşinyanın dişlərini çıxartdı

Rusiyadakı səfirimiz Yatskin və Karasinlə görüşdü

Bu 3 liderlə danışa bilən yeganə şəxs Ərdoğandır

Əliyev ermənilərə səsləndi: Düşməniniz biz yox, onlardır!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla