Yuxarı

Hərbi xidmətə çağırış: möhlət verilməsi qaydası...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi xidmətə çağırış: möhlət verilməsi qaydası...

Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi qaydası müəyyənləşir.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna təklif edilən yeni - 15-1-ci maddədə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə, səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə altı ay müddətinədək və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalı vətəndaşlara verilir.

Layihəyə əsasən, səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi qeyd olunan halları təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edildikdən sonra təmin olunacaq. Bu zaman səfərbərlik üzrə hərbi xidmətə çağırışa möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” qanun ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında formalaşdırılır və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənəcək. Həmin elektron qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının informasiya sistemindən Elektron Hökumət İnformasiya Sisteminə göndərilərək vətəndaşın həmin informasiya sistemində tanış olması və elektron sənəd formasında əldə etməsi imkanı təmin olunacaq. Eyni zamanda, Elektron Hökumət İnformasiya Sistemi tərəfindən vətəndaşa real vaxt rejimində qeyd olunan sənədin elektron kabinetdə yerləşdirilməsi, elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumat göndəriləcək.

Tarix
2024.12.13 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla